Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yaponiya “5G” istifadə edəcək ilk ölkə olacaq

Avqust 19
14:47 2014

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı “The Yomiuri Shimbun” nəşrinə istinadən yazır ki, Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək “5G” rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir.

Nazirlik planını 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində həyata keçirməyi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci il maliyyə büdcəsinə daxil ediləcək.

Cari ilin sonunadək Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətləri, mobil operatorlar və elektronika istehsalçılarının nümayəndələrinin daxil olacağı xüsusi şura yaratmağı planlaşdırır, “İTAR-TASS” yazır.

Digər xəbərlər

ARXİV

Fevral 2025
M T W T F S S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
2425262728