Yaponiyada qatlanan səyyar körpü
İyul 24
17:38
2015
874 dəfə baxılıb
Yapon mütəxəssislər ilk dəfə qatlanan səyyar körpünü sınaqdan çıxarıblar. Körpüdən əsasən təbii fəlakətlər zamanı əhalinin evakuasiya olunması üçün istifadə ediləcək.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, daşına bilən körpü bir saat ərzində istifadə üçün hazır olur.
Körpünün dünyanın bütün fəlakət zonalarına göndərilməsi nəzərdə tutulur.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)