Yaponlardan növbəti ixtira
911 dəfə baxılıb
Texnoloji cəhətdən həmişə öndə olan Yaponiya daha bir ilkə imza atdı. Ölkə yaratmış olduğu yeni üzən külək turbini ilə 7 meqavoltluq enerji əldə etmək istəyir. Layihə çərçivəsində sunamiyə dayanıqlı turbin yaradılması planlaşdırılır.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Fukuşima nüvə qəzasından sonra, alternativ yolla enerji əldə etmək istəyən Yaponiya, üzən turbinin köməkliyi ilə enerjiyə olan tələbatı ödəmək istəyir.
Bu məqsədlə hazırlanan turbin, 104 metr hündürlüyündə olacaq. 3 qanaddan ibarət turbinin qanadlarının birinin uzunluğu 80 metrdir. Dənizdən 82 km məsafədə qurulan turbinin ağırlığı 20 tondur.
Layihənin mühəndisi “Katsunobu Shimizu”, külək turbininin Yaponiyada meydana gələn 20 metr hündürlüyündəki iri dalğalara , hətta sunamilərə də davam gətirə biləcəyini qeyd edib. O, enerjiyə olan təlabatı qarşılamaq üçün, gələcəkdə də bu kimi layihələrin daha çox olacağını bildirib.
İnşası davam etməkdə olan turbininin 40 milyon dollara ərsəyə gəldiyi bildirilir. Layihə Yaponiya firması “Marubeni Co”, Yaponiya dövləti və bəzi özəl qrumların dəstəyi ilə reallaşır.
Qeyd edək ki, külək turbini, küləyin kinetik enerjisini mexaniki enerjiyə çevirən fırlanan mexanizmdir. Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerlərdə qurulur.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.