Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yaraların sağalmasına kömək edən zülal tapılıb

Avqust 23
16:54 2014

“Sələf Xəbər” AzərTAc-a istinadən yazdığına görə, alimlər toxumaların regenerasiya prosesində FGF zülalının (plasentar böyümə faktoru) rolunu anlamaq üçün damarların artması ilə bağlı patologiyası olan siçanlar üzərində tədqiqat aparıblar.

Tədqiqatların nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub. Məlum olub ki, toxumalar zədələndiyi vaxtda FGF zülalı qan təchizatını intensivləşdirmək üçün yeni kapillyar şəbəkə əmələ gəlməsi barədə siqnal verir. Alimlər maraqlı bir eksperiment aparıblar: siçanların bir qrupunda FGF zülalın funksiyasını dayandırıblar. Siçanlar ilk baxışdan tamamilə sağlam görünürdü, lakin hər hansı bir travma çox uzun müddət ciddi ağırlaşmalarla sağalırdı.

Alimlərin fikrincə, FGF zülalının funksiyasını dayandırmaqla bərabər, bu funksiyanı fəallaşdırmaq da mümkündür. Bu toxumaların regenerasiyası və onun sağalması prosesinin idarə olunmasına kömək edəcəkdir. Əgər gözün tor qişasında FGF zülalının fəaliyyəti dayandırılsa, onda damarların hədsiz böyüməsi artması ilə bağlı diabetik retinopatiyanı ləngitmək olar.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930