Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yaşamaq üçün ən yaxşı ölkələr arasında Azərbaycan neçəncidir?

Yanvar 21
17:36 2016

İsveçrənin Davos şəhərində işə başlayan Beynəlxalq İqtisadi Forumda dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqi dərc olunub. Reytinq tərtib olunarkən dünyanın 60 ölkəsi götürülüb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, “U.S News and World Report” jurnalının reytinqində 60 ölkə sıralanıb. Siyahının tərtib olunması üçün həmin ölkələrin 16 min sakini sorğuya cəlb edilib və 24 meyar əsasında (mədəni irs, həyat səviyyəsi, güc və nüfuz, korrupsiya və vergilər, ali təhsilin keyfiyyəti və s.) ölkələrin reytinqi müəyyənləşdirilib.

“U.S News and World Report”un reytinqində Azərbaycan 60 ölkə arasında yaşamaq üçün ən yaxşı 53-cü ölkə seçilib. Biznes mühitinə görə 43-cü, nüfuzuna görə 38-ci və həyat səviyyəsinə görə isə 56-cı pillədə qərar tutub.

Qonşu ölkələr arasında yaşamaq üçün ən əlverişli ölkələrdən Rusiya 24-cü, Türkiyə 30-cu, Qazaxıstan 55-ci, İran 58-ci və Ukrayna isə 59-cu pilləni tutub.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930