Yay saatına necə alışaq?
826 dəfə baxılıb
Yay saatını tətbiq etmək bədən balansınızı poza bilər. Ekspertlər bu vəziyyətin qarşısını almaq üçün edilməsi lazım olanları sadalayıb.
İsveçrənin “20 Minutes” qəzetində dərc olunan bir xəbərdə, bu həftənin sonu başlayacaq yay saatının tətbiqi haqqında səhiyyə mütəxəssislərinin tövsiyələrinə yer verilib.
“Sələf Xəbər” Haber7.com-a istinadən bildirir ki, xəbərdə mütəxəssislər, iş vaxtları dəyişikliyində hər kəsin yaşadığı “yuxu vaxtını nizamlama probleminə” həll gətirmək üçün müxtəlif təkliflər təqdim edib. Yay saatında hər kəsin normal yuxu vaxtından 1 saat daha az yatmasından ötrü əziyyət çəkəcəyini bildirən mütəxəssislər, buna qarşı alınan tədbirləri xəbərdə sıralayıb. Yay saatına fiziki uyğunlaşmaq üçün insanların ən az 4 gün əvvəl başlayaraq indiyə qədər yataqdan qalxdığı saatdan 20 dəqiqə əvvəl durmaları tövsiyə edilib.
Yay saatına uyğunlaşmaq üçün normadan tez yatmağın vacib olmadığını da əlavə edən mütəxəssislər, bədəni yatmaq deyil, çalışmaq saatına görə şərtləndirməyin daha faydalı olacağını ifadə edib. Yay saatı tətbiqinin bazar günü dövrəyə girəcəyi ilə bağlı xəbərdarlıqlar da aparılıb.
Mütəxəssislər, bazar gününü boş gün olaraq keçirənləri tətil rahatlığına qapılaraq qətiyyən hədsiz yatmaması lazım olduğu mövzusunda xəbərdar edib və o gün də iş saatında qalxmağın ən doğrusu olacağını bildirib. Bundan başqa, gün ərzində istehlak edilən ərzaq məhsullarının da yuxu rejimini yaxşı bir şəkildə tənzimləməyə təsir edəcəyinə toxunulub və mükəmməl yuxunun bədənin yay saatında daha yaxşı çalışmasına kömək edəcəyinə diqqət çəkib.
Buna görə də, geç saatlarda yemək, qazlı içkilərdən istifadə etmək, həddindən artıq qəhvə və çay istehlak etmək kimi yuxu parçalanmasına səbəb olacaq şeylərin edilməməsi lazımdır. Ümumiyyətlə,yay saatı tətbiqindən başqa zamanlarda da, sağlam və düzgün bir yuxu üçün uyğun olan mühiti daim təmin etməyin vacibliyi də qeyd edilib.
Yataq otağında yaxşı havalandırmanın şərt olduğunu deyən mütəxəssislər, otaqda televizor, həb, ağıllı telefon və digər elektron cihazların mümkün qədər tutulmaması lazım olduğunu bildirib.
Qeyd etdiyimiz kimi, yay saatının tətbiqi sabah rəsmən fəaliyyətə başlayacaq. Bu tətbiqlə günəş işığından istifadə müddəti də 1 saat artmış olacaq.
Sələf Xəbər: İbn Qayyim (Allah ona rəhmət etsin) buyurub: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”. (“əl-Fəuəid” kitabı)