Yaz fəslində baş verən yorğunluğun çarəsi
1. 284 dəfə baxılıb
Qida və Diyet mütəxəssisi Özgə Akar bahar aylarında hiss olunan yorğunluğun, qidalanmaya diqqət edərək azaldılmasından danışıb.
Aprel ayında bahar fəsli özünü daha yaxşı hiss etdirir. Yazda təbiət oyansa da insanlarda, sanki bir durğunluq, yorğunluq özünü biruzə verir.
“Sələf Xəbər” İha.com.tr-yə istinadən məlumat verir ki, Medical Park Tarsus Xəstəxanasının Qida və Diyet mütəxəssisi Özgə Akar bahar yorğunluğunun səbəbinin, havaların istiləşməsilə artan elektrik yükü və bədən metabolizmində baş verən dəyişikliklər olduğunu və yaz ayları yaxınlaşanda bədən formasına uyğun olmayan pəhrizlərdən istifadə etmək, itirilən vitamin və mineralların bərpa edilməməsi, hərəkətsiz həyat tərzi kimi amillər bahar yorğunluğunu artırdığını bildirib.
Artıq karbohidrat ağırlıqlı qidalanmanın orqanizmdə yuxu və yorğunluq halına səbəb ola bildiyini qeyd edən mütəxəssis, çovdar, yulaf və kəpəkli un məmulatlarına üstünlük verilməsi lazım olduğunu vurğulayıb. Həzm sisteminin aktiv olması üçün də səhər ediləcək balanslı bir səhər yeməyinin, metabolizmin işləməsini təmin edərək səhər yorğunluğunu atmağa dəstək verdiyini açıqlayıb.
Baharda orqanizmin daha çox vitamin və minerala ehtiyacı olduğunu ifadə edən Özgə Akar belə davam edib:
“Xüsusilə, A,B və C vitaminləri ilə zəngin tərəvəz və meyvələrə üstünlük verməliyik. İmmun sistemimizin güclənməsi üçün C vitaminləri ilə zəngin yaşıl yarpaqlı qidalar, qırmızı rəngli meyvə-tərəvəzlər çox faydalıdır. Kifayət qədər kalium almaq üçün pomidor, kartof və qaysını bol istehlak edilməlidir. Bahar yorğunluğu yarada biləcək bir başqa səbəb isə D vitamini çatışmazlığıdır. D vitamininin ən əsas mənbəyi günəş işığıdır. Orqanizmdə D vitamininin ən yüksək olduğu dövr sentyabr ayı, ən aşağı olduğu dövr isə mart ayıdır. D vitamini çatışmazlığında halsızlıq, yorğunluqla yanaşı bel və oynaq ağrıları da baş qaldırır”.
Mütəxəssis canlanmaq üçün ən önəmli nöqtələrdən birinin fiziki fəallıq olduğunu deyib. Açıq havada templi bir gəzinti və səhərlər 15 dəqiqəlik məşq günə gümrah başlamağa vasitədir deyən Akar onu da ifadə edib ki, yaranan temperatur fərqi, rütubət itkisi ilə dəridə quruma yarana bilər, bu halda kifayət qədər maye qəbul olunmasa, halsızlıq, əzələ ağırlaşmaları, bağırsaq tənbəlliyi ilə özünü göstərən bahar yorğunluğu ilə qarşılaşarıq: “Həmçinin orqanizm susuz qaldığı üçün aclıq hissimiz də artar. Hər gün 2-2,5 litr su istehlak edilməlidir. Limfa dövriyyəmizi qaydaya salıb, bağırsaq hərəkətlərimizi asanlaşdıran bitki çaylarına səhlənkarlıq etməməliyik”.
Qida və Diyet mütəxəssisi Özgə Akar, metabolizmi sürətləndirən çayın bu şəkildə hazırlanacağını da göstərib:
“1 ədəd alma (qabıqlı), 1 ədəd limon, 1 ədəd çubuq darçın, 5-6 ədəd mixək, 3 litr su. Bunlar hamısı birlikdə su 1.5 litr olana, yəni yarıya düşənə qədər qaynadılır. Süzgəcdən keçirilərək süzülür.
Bu soyuducuda iki gün saxlanıla bilər. Yeməkdən bir saat əvvəl gündə üç stəkan isti və ya soyuq halda qəbul edilir”.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.