Yeməkdən dərhal sonra 7 əməldən uzaq olun!
2. 839 dəfə baxılıb
Yemək yedikdən sonra etməyi vərdiş halına gətirdiyimiz şeylər var: Kəmər boşaltmaq, çay içmək və s. kimi. Bunların sağlamlığımız üçün nə qədər təhlükəli olduğunu, bəs, bilirsiniz?
“Sələf Xəbər” Hurriyet.com.tr-yə istinadən bildirir ki, yemək yedikdən sonra aşağıda qeyd etdiyimiz 7 hərəkəti həyata keçirtmək sağlamlığa zərər verir.
1. Siqaret çəkmək
Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməkdən sonra yandırılan tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır və xərçəngə yaxalanma riski artırır. (Üstəlik bu əməlin dinimizdə haram olduğunu da yaddan çıxartmayaq! – redaksiya)
2. Meyvə yemək
Yeməyin dərhal üstündən yeyilən meyvə, mədənin hava ilə dolmasına səbəb olur. Meyvəni yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1-2 saat sonra yeməyiniz sağlamlığınız baxımından daha faydalı olacaq.
3. Çay içmək
Türk mədəniyyətinin ən əhəmiyyətli vərdişlərindən biri olan yemək üstündən çay içmək də sağlamlıq baxımından faydalı görülmür. Çay, istehlak etdiyimiz qidalardan aldığımız proteinləri gec həzm etməyimizə və alınan vitaminlərdən tam fayda alınmamasına səbəb olur. Xüsusilə, qan azlığından əziyyət çəkənlər buna çox diqqət etməlidir. Çay üçün ən doğru zaman yeməkdən ən az bir saat sonradır.
4. Kəməri boşaltmaq
Yeməkdən sonra kəməri boşaltmaq, bağırsaq dolaşmasına səbəb ola bilir.
5. Piyada gəzmək
Yeməyin dərhal ardından keçirilən yürüşdə, yediyimiz ərzaqlardakı qida elementlərinin cana faydası qalmır. Gəzintini 1 saat sonraya təxirə salmağınız hər cəhətdən daha faydalı olacaq.
6. Duş almaq
Yemək bitən kimi qəbul edilən duş, qan axınını əl və ayaqlara doğru çoxaldarkən, mədə ətrafında qan axınını azaldır. Bu da həzm sistemi baxımından zərərlidir.
7. Dərhal yatmaq
Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər işləməməsinə və bağırsaq iltihablan-malarına və mədə narahatlıqlarına səbəb olur.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)