Yeməli pilotsuz aparat – VİDEO
2. 660 dəfə baxılıb
Selefxeber.az-ın “Newatlas.com” saytına istinadən məlumatına görə Böyük Britaniyanın “Windhorse Aerospace” şirkətinin təqdim etdiyi yeməli dronlar ov ovlamaq üçün deyil, münaqişə və fəlakət zonalarına ərzaq və dərman çatdırmaq üçün nəzərdə tutulmuşdur. İndi onlar lazım olan yerə bir neçə kiloqram qida təqdim edə bilirlər. Dronun özü isə yanacaq kimi istifadə edilə bilər. Gələcəkdə bu növ dronların hətta elektron hissələrinin də yeməli olması nəzərdə tutulur.
Bu növ dronun hazırlanması şirkətin baş direktoru Naycel Qiffordun təklifi və ixtirasıdır. Günəş enerjisi ilə işləyən ucuz qiymətli dronlar münaqişə və fəlakət zonalarına yardım çatdırmalıdır. Ucuz olması onların bir dəfə istifadə üçün nəzərdə tutulmasına görədir.
Dronun taxta konstruksiyasını yanacaq, qanadların örtüyünü yağışdan qorunmaq üçün istifadə etmək olar. Qanadların içərisində isə çox dəyərli bir neçə kiloqram qida məhsulu vardır.
Dronlarla çatdırılan humanitar yardımın xərci, vertolyotlarla çatdırılan yardımla eynidir.
İstehsalçı əmin edir ki, naviqasiya ilə təmin edilən dronlar yardımı lazımı yerə tam dəqiqliklə, yeddi metr diametrdə çatdırmaq mümkündür.
Aparatları təyyarənin göyərtəsindən havaya buraxmaq mümkündür. Belə halda dron 40 km məsafəni mühərriki işlətmədən qət edə bilər.
Hal-hazırda bu növ dronlarla Suriyada münaqişələrdən əziyyət çəkən insanlara humanitar yardım çatdırılacaqdır. Hazırda maddi sıxıntılara görə bunu reallaşdırmaq mümkün olmayıb.
Lakin gələn ilin əvvəllərində ilk uçuşları etmək mümkün olacaq.