Yeni cihaz dağıntılar altından insanın ürək döyüntüsünü aşkarlayır
765 dəfə baxılıb
Nepalda insanların xilası üçün NASA-nın hazırladığı yeni texnologiya sınaqdan keçirilib.
NASA-nın və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) birgə işləyib hazırladığı yeni texnologiya ilk dəfə olaraq sahə şəraitində – dəhşətli zəlzələnin baş verdiyi Nepalda tətbiq olunub.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, zəlzələdən dərhal sonra insanı ürək döyüntüsünə əsasən aşkarlaya bilən FİNDER cihazının prototipləri Nepala aparılıb. Bu cihazın köməyi ilə 4 nəfər dağıntılar altından xilas edilib.
FİNDER (Finding Individuals for Disaster and Emergency Response) tərcümədə “fövqəladə hallar və ya təbii fəlakət zamanı insanların axtarışı” mənasını verir. 2013-cü ildə hazırlanan bu texnologiya dağıntılar altında 9 metrə qədər, beton altında 6 metrə qədər və açıq sahədə 30 metrə qədər məsafədə insanın ürək döyüntüsünü mikrodalğa vasitəsilə aşkarlayır. “İstənilən texnologiya üçün ən yaxşı sınaq onun təbii şəraitdə istifadə olunmasıdır. Əlbəttə, heç kim istəmir ki, fəlakətlər baş versin, lakin bu cür cihazlar insanlara yardım məqsədilə hazırlanır”, – deyə NASA-dan bildiriblər.
Xatırladaq ki, Nepalda baş verən zəlzələ 7,7 mindən çox insanın ölümünə səbəb olub, yüz minlərlə ev dağılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)