Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yeni iPhone modellərinin ölçüsü böyüdü, bəs qiyməti?

Sentyabr 15
13:50 2014

“Sələf Xəbər” İndependent qəzetinə istinadən bildirir ki, Apple şirkətinə məxsus yeni telefon modelləri çıxar-çıxmaz, istifadəçilər tərəddüdlə üzləşir: “Görəsən yeni modeli alım? Əlimdəkini hələ təzə almışam. Axı mən pulu nəyə xərclədiyimi bilməliyəm!”

Bu tərəddüdlərdən qurtulmaq üçün, iPhone 6, iPhone 6 Plus və bütün digər iPhone telefonları arasındakı fərqə baxmaq kifayətdir: bu fərq, telefonun iri ekranıdır.

Əgər sizin iPhone 5 telefonunuzun 4 dyümlük ekranı sizə kiçik görünürsə, o zaman yeni iPhone telefonuna sahib olmağa dəyər. Həyatımızın günü-gündən təkcə kompüterlərdən yox, həm də mobil cihazlardan asılı olduğu bir dövrdə böyük ekranlı cihaza malik olmaq əlbəttə ki, daha məqsədəuyğundur; sadəcə elektron ünvanınızdan istifadə etmək üçün yox, həm də video görüntülər izləmək və ya sadəcə rahatlıqla internetdən istifadə edə bilmək üçün.

iPhone 6 modeli 4.7 dyüm diaqonallı, iPhone 6 modeli isə 5.5 dyüm diaqonallıdır. Bu modellər mobil telefon bazarında heç də ən böyük ekranlı telefonlar deyil, lakin Apple şirkəti tətbiqlər üçün yeni səmtləşmə və bir neçə yeni imkanlar təklif edərək istifadəçilərin bu üstünlüklərdən faydalanmasını istəyir.

Təkmilləşdirilmiş yeni modellər 128 GB daxili yaddaşa, daha sürətli prosessora və atmosfer təzyiqini ölçən barometrə malikdir. Hər iki telefonun kamerası əhəmiyyətli dərəcədə olmasa da, nəzərə çarpacaq dərəcədə qabarıqdır.

Bütün bu yeniliklərdən əlavə, Apple şirkəti yeni telefonun enerji saxlama müddətinin daha uzun olduğunu bildirib. iPhone 6 modeli 14 saat danışıq müddətinə malik olsa da, iPhone 6 Plus telefonu ilə 24 saat zənglər etmək olar (unutmayın, telefon nə qədər böyük olarsa, batareyası da bir o qədər böyük olur). 10 saat telefon danışığından sonra iPhone 5 modellərinin enerji ehtiyatının tükəndiyini nəzərə alsaq, bu cəhətdən hər iki telefon onu qabaqlayır.

Yeni iPhone modelini almaq üçün səbəb varmı? Yeni iPhone telefonlarında mövcud olacaq xassələrin çoxu, sadəcə cari Apple modellərində olan iOS 8 əməliyyat sisteminin bir hissəsidir. Sentyabr ayının 17-dən başlayaraq bu sistem 4s modelindən sonra buraxılmış bütün iPhone modellərində pulsuz yenilənmə şəklində mövcud olacaqdır.

Ən əsas məsələ isə odur ki, yeni iPhone telefonları əvvəlkilərdən heç də ucuz deyil. Mobil şəbəkəniz sizə xüsusi xidmət təklif etmirsə, iPhone 6 modelinə minimum 876 dollar və iPhone 6 Plus modelinə minimum 1000 dollar dəyərində pul xərcləməli olacaqsınız. Bu, 16 GB daxili yaddaşa malik telefonların qiymətidir. 128 GB daxili yaddaşa malik iPhone 6 modelini 1136 dollar, iPhone 6 Plus modelini isə 1282 dollara almaq mümkündür.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031