Yeni iPhone təqdim edilib – FOTO
Mart 22
17:31
2016
880 dəfə baxılıb
Telefon 4 düymlük ekranla təchiz olunub.
Apple korporasiyası Kaliforniyada Kupertino şəhərində yerləşən qərargahında növbəti yeniliklərini təqdim edib.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən xəbərinə görə, artıq “Apple” markası ötən gün keçirdiyi tədbirdə yeni iPhone modelini göstərib.
iPhone SE (Special Edition) adlanan model 31 martda satışa çıxarılacaq.
Qurğu yeni A9 və M9 prosessorları, 4 düymlük ekranla eləcə də Siri səs köməkçisi ilə təchiz olunub. iPhone SE-nin ekran böyüklüyü “iPhone 4”lə eyni ölçüdədir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)