Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yeni radar SMS yazan sürücüləri təyin edəcək

Sentyabr 27
15:39 2014

“Sələf Xəbər”-in mincom.gov.az-a istinadən məlumatına görə, ABŞ-ın “ComSonics” şirkəti polislərin işini asanlaşdıracaq yeni qurğu icad edib. Bu qurğu uzaq məsafədən sükan arxasında SMS yazan sürücüləri müəyyən etməyə imkan verəcək.

Qurğu xarici görünüşünə görə adi radardan seçilmir və onun iş prinsipi çətin deyil: cihaz SMS göndərilən zaman telefonu şüalandıran xüsusi tezlik radiodalğalarını müəyyən edərək ekrana daxil edir və bundan sonra polisə yalnız sürücünü saxlamaq və ya onun avtomobilinin nömrəsini yazmaq qalır.

Növbəti ildə satışa çıxarılması planlaşdırılan yeni radar SMS-i məhz kimin – sürücü və ya sərnişinin yazmasını da müəyyən edir. Bu, polisə qaydanı pozanları saxlamağa və onları cərimə etməyə imkan verəcək. Radardan istifadənin başlanmasını yubadan amillərdən biri sürücünün telefonundan trafikin izlənməsinin şəxsi həyata müdaxilə olub-olmaması ilə bağlı olan məsələdir.

Xatırladaq ki, alimlər, sükan arxasında mesajlaşmanın insanın reaksiyalarını xeyli zəiflətdiyini, eləcə də yolunun trayektoriyasının dəyişdirilməsi və toqquşma ehtimalını iki dəfə artırdığını sübut edib.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930