Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yenilənmiş iOS programi Paper sizə müzakirələr, diaqramlar və eskizlər üçün lövhəni əvəz edəcək

May 23
13:30 2015

“Sələf Xəbər” lifehacker.ru saytına istinadən xəbər verir ki, FiftyThree komandası Paper programı üçün yeni Think Kit alətlər dəstini təqdim etdi . Bu yenilik diaqramların, qrafiklərin və modellərin yaradılması üçün mükəmməl yarayır və ani ideyaları qeydə almaq üçün çox faydalıdır.

Bu yeni funksiyanın işi sistemdə şəkillərin tanınmasına və Intention Engine vizuallaşdırmasına əsaslanır. Bunun sayəsində Paper əllə çəkilmiş skeç effektini itirmədən onlarla formanı tanıya və düzəliş edə bilir.
Think Kit üç alətdən ibarətdir: Diagram, Fill və Cut. Bunların funksiyalarını elə adlarından bilmək olar.

Diagram onun tərtib olunduğu dairələrin, düzbucaqlı dördbucaqların, üçbucaqların, paraleloqramların, trapesiyaların və xətlərin yaradılması üçün yarayır. Yaradılmış obyektlərin yerdəyişməsi üçün onların üzərində barmağı saxlayın və lazımlı yerə daşıyın.

Fill — seçilmiş figuru qismən və ya tam olaraq rənglənməsi üçün alətdir.
Cut isə səhifənin müəyyən fragmentının silinməsi və yaxud yerdəyişməsi üçün istifadə olunur.
Əl altında lövhə olmayanda çətin olmayan bir strukturun izah olunması və ya fikir mübadiləsi zamanı bu alətlər kifayət edir.

Paper-in xeyrinə daha bir xal- görülmüş işi artıq bütöv bir sənəd kimi və yaxud ayri-ayri PDF səhifələri kimi Power Point-də, Keynote-da, Trello-da, Evernote-da və Dropbox-a köçürtmək imkanı var.
İlk vaxtlar bu funksiyanı programın içində ayrı pullu funksiya kimi buraxmaq nəzərdə tutulsa da Think Kit-i tamamilə pulsuz yükləmək olar.

Appstore-dan Paper-in yenilənmiş versiyasını yükləyən hər bir kəs ondan rahatlıqla istifadə edə bilər.

Sələf Xəbər: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.” (Qurani Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930