Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yeniyetmələrin 11 faizində yuxusuzluq var

Avqust 08
17:48 2014

AzərTAc “The Times of İndia” nəşrinə istinadla yeniyetmələr arasında yuxusuzluq problemləri barədə son tədqiqatları təqdim edib.

Avstraliyanın Adelaida Universiteti alimləri bu istiqamətdə araşdırmalardan sonra belə qənaətə gəlib ki, bəzi dəyişikliklər nəticəsində onlarda obessiv-kompulsiv pozğunluq və narahatlıq inkişaf edə bilər.

Alimlər 300-dən çox avstraliyalı məktəbli arasında sorğu aparıblar. Onlar yeniyetmələrə nə zaman daha fəal olmaları, neçə saat və hansı saatda yatmaları barədə suallar veriblər.

Sən demə, yuxusuzluq çox vaxt depressiya, gecə saatlarında vahimələnmək və daha da fəallaşmaq ilə bağlıdır, çünki yeniyetmələrin çoxu özlərini “gecəquşu” sayır, səhər oyanmaq üçün ertədən yata bilmir.

Statistikaya görə, yeniyetmələrin təqribən 11 faizində yuxusuzluq əlamətləri müşahidə olunur. Yuxusuzluq depressiya və narahatlıqla birləşəndə vəziyyət ağırlaşır. Adelaida Universitetinin əməkdaşı Paskule Alvaro hesab edir ki, belə vəziyyət yeniyetmə yaşlarında alkoqollu içkilərə və narkotiklər aludə olmağın nəticəsində yarana bilər.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan”, 47-ci ayə).

Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz.

Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930