Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yer əhalisinin sayı 7,296 milyarda çatıb

Dekabr 31
16:17 2015

Yer əhalisinin sayı 78 milyon nəfər artdı.

2016-cı ilin 1 yanvarında Yer əhalisinin ümumi sayı 7,296 milyard nəfər olacaq.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Əhalinin Siyahıyaalınması Bürosu yayıb. Məlumata görə, təkcə keçən il ərzində Yer əhalisinin sayı 78 milyon nəfər artıb. ABŞ-ın özündə isə artım sayı 2,47 milyon nəfər olub. Bununla da ABŞ əhalisinin sayı 322.762.000 nəfərə çatıb.

Qeyd edək ki, hazırda ən çox əhalisi olan ölkələr Çin, Hindistan, ABŞ, İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş və Rusiyadır.

Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı”. (Qurani-Kərim, “Əraf” surəsi, 86-cı ayə)

Məhz buna görə, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm”. (Əbu Davud)

Xalqın çoxluğu, həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq”. (Qurani-Kərim, “İsra” surəsi, 6-cı ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930