Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yer kürəsində yeni temperatur rekordları qeydə alınıb

Mart 22
16:26 2016

Bu il yanvar və fevral aylarında Yer kürəsində temperaturun yüksəlməsi ilə bağlı yeni rekordlar qeydə alınıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu, Ümumdünya Meteorologiya Təşkilatının yaydığı hesabatda əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2015-ci il də tarixdə qeyri-adi istilər, quraqlıq və tropik qasırğalarla yadda qalacaq. Keçən il dünyada temperatur güclü Əl-Nino qasırğasının müşahidə olunduğu 1961-1990-cı illərlə müqayisədə 0,76 dərəcə isti olub. Bu ilin iki ayında da tendensiya saxlanılıb, aylıq temperaturlarla bağlı yeni rekordlar qeydə alınıb. Temperaturun artması xüsusən şimal yarımkürəsində hiss edilib. Keçən il yüksək temperatur Hindistan və Pakistanda özünü də çox biruzə verib. Asiya və Cənubi Amerika tarixinə 2015-ci il ən isti il kimi daxil olub. Qərbi və Mərkəzi Avropada da yüksək temperatur dalğası davamlı olub, Almaniya (40,3 dərəcə), İspaniya (42,6 dərəcə) və Böyük Britaniyada (36,7 dərəcə) yüksək temperatur rekordları qeydə alınıb. Afrikanın cənubu, Cənubi Amerikanın şimalı, Karib hövzəsinin və Mərkəzi Amerikanın bəzi rayonları güclü quraqlıqdan əziyyət çəkib. Bununla bərabər, Peru, Çili, Paraqvay, Braziliya və Argentinada, o cümlədən ABŞ və Meksikanın bir sıra rayonlarında ekstremal yağıntılar müşahidə edilib.

ÜMT baş katibi Pettet Talas 23 mart Ümumdünya Meteorologiya Günü münasibəti ilə bəyanatında isə qeyd edib ki, Yer artıq XX əsrin əvvəli ilə müqayisədə 1 dərəcə daha istidir. Baş katib dünya liderlərini iqlim dəyişikliyi barədə Paris müqaviləsini imzalamağa və atmosferə istilik effekti yaradan qazların buraxılmasını azaltmağa çağırıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 38-40-cı ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930