Yer üçün yeni enerji mənbəyi
800 dəfə baxılıb
İnsanlıq gələcəkdə qara dəlik və onun digər analoqlarından sərhədsiz miqdarda enerji ala biləcək.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu BBC televiziyasında çıxışı zamanı britaniyalı fizik Stiven Hokinq söyləyib. Onun sözlərinə görə, insanlıq gələcəkdə mikroskopik qara dəliklər yaradacaq:
“Qara dəlik Günəşin çəkisi ilə birlikdə çox aşağı sürətlə Hokinq radiasiya hissəcikləri istehsal etməyə başlayacaq. Bunu faktiki olaraq görmək mümkün olmayacaq. Lakin bunu dağların həcmi səviyyəsinə qədər azaltmaq mümkün olsa, o zaman qara dəlik rentgen və qamma şüaları istehsal edəcək. Onun ümumi həcmi isə təxminən 10 milyon meqavat olacaq. Bu isə Yerdəki bütün elektrik cihazlarının qidalanması üçün yetərlidir”.
Qeyd edək ki, qara dəlik ümumi nisbilik nəzəriyyəsinə görə, hər hansı cism güclü sıxılarkən yaranan obyektdir. Bu zaman cazibə sahəsi o qədər güclü olur ki, işığı, ümumiyyətlə şüalanmanı və ya hissəcikləri buraxmır. Cism bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara dəlik yaranır. Qara dəliyin xarici qravitasiya sahəsi kütlə, hərəkət miqdarı momenti və elektrik yükü ilə təyin edilir. Maddə və şüa qara dəliyə ancaq daxil ola bilər, oradan çıxa bilməz. Kənar müşahidəçi qara dəliyə düşən maddədə nə baş verdiyini heç vaxt bilmir.
Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)
Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)