Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yorğunluqdan necə qurtulmaq olar?

Mart 27
20:06 2015

Müasir dövrün ən vacib problemi olan yorğunluqdan hər birimiz əziyyət çəkirik. 7-dən 70-ə hər kəsin əziyyət çəkdiyi yorğunluq halı bədənimizin bizə göndərdiyi bir mesajdır – “Dayan və özünü dinlə”.

Həyat keyfiyyətimizi azaldan bu yorğunluğun səbəbi yanlış vərdişlərimiz hesab olunur. “Sələf Xəbər” Milli.Az-a istinadən bədənimizi yoran bir neçə yalnış vərdişi təqdim edir:

Yuxusuz qalmaq
Hüceyrələrin yenilənməsinə xidmət edən melatonin qaranlıq şəraitdə, əsasən 23:00-05:00 arasında ifraz olunur. Az yatan insanlarda isə kifayət qədər ifraz olunmayaraq yorğunluğa səbəb olur.

Günə səhər yeməyini yemədən başlamaq
Gecə yatarkən qaraciyərdə olan enerji deposu boşalmağa başlayır. Səhər oyanarkən də bədən enerji deposunu doldurmağa çalışır. Əgər səhər yeməsəniz, qan şəkəriniz düşər və özünüzü yorğun hiss edərsiniz.

Hərəkətsiz həyat yaşamaq
Bu insanlar çox vaxt halsız olurlar. Müntəzəm olaraq idman etmək məsəhətdir.

Tətilə getməmək
Ağır tempdə işləyən insanlarda zamanla beyin yorğunluğu yaşanır. Bu halda tətil etmək lazımdır. Tətilin məhsuldar olması üçün kompyuterdən uzaqlaşmaq, telefon danışıqlarını azaltmaq lazımdır.

Texnologiya istifadəsində həddi aşmaq
Şüalar gecə boyunca ifraz olunan melatoninə mənfi təsir edir. Bu cihazların yuxu əvvəli və yataqda istifadəsi yuxu keyfiyyətini azaldır. Yatmadan 2 saat əvvəl texnoloji cihazların istifadəsini dayandırın.

Çay və qəhvəni gec saatda içmək
Günə enerjili başlamaq üçün erkən saatlarda qəhvə və çay içdikdə zamanla bədəndə kafein toplanır ki, bu da halsızlığa, neqativ enerjiyə yol açır. Yatmadan 6 saat əvvəldən bu içkiləri dayandırın.

Kifayət qədər su içməmək
Bədənimizdəki suyun yüzdə 2-ni itirdiyimizdə enerjimiz tükənir. Qan həcmi azalır, əzələlərə oksigen yetərincə getmir. Gündə 2 litr su için.

Karbohidrat ağırlıqlı qidalanmaq
Çox qlükoza tərkibli qidalar yemək insulin artımına səbəb olur. Qan şəkəri aşağ olur. Diqqət itkisi, əsəbilik, yuxu halı, yorğunluq yaşanır. Narıncıgillər və banan az yeyilməlidir.

Özümüzüə vaxt ayırmamaq
İşə, iclasa qaçmaq, bitmək bilməyən telefon danışıqları, mail-ləri cavablandırmaq, uşağı məktəbə aparıb- gətirmək… Bütün bunların qarşılığını yorğunluqla ödəyirik.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930