Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yuxu pozğunluğu yaradan cihazlar

Dekabr 18
19:24 2014

“Sələf Xəbər”-in okaz.com.sa – ya istinadən məlumatına görə, Bioloji Sinir həkimi Fransalı Gol Adriyatın təqdim etdiyi araşdırmada deyilir ki, smartphone və tablet kimi elektron cihazlarının ekranlarına baxarkən bu cihazların əks etdirdiyi ağ və göy işıqlar, hətta, on dəqiqələrlə də olsa yuxu üçün ən mühim hormon olan melatonin ifrazının qarşısını alır.

Və belə hal cismin bioloji saatının pozğunluğuna gətirib çıxarır ki, bu da erkən yuxunun qarşısını alaraq normal yuxuya zərər yetirir.

Eyni zamanda, Adriyat bildirib ki, televizor ekranlarından əks olunan işıqlar smartphone və tablet ekranlarının işıqları kimi olmadığı üçün melatonin hormonunun ifrazına eyni dərəcədə təsir etmir.

Cavanlara gəldikdə isə, hormonal səbəblər bioloji saatın bir və iki saat gecikməsinə gətirib çıxarır.

Ona görə də həkim axşam yeməyindən sonra kompyuter və tablet cihazlarının istifadəsinin dayandırılmasının zəruri olduğunu məsləhət görür.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Qurani-Kərim, “Furqan” surəsi, 47-ci ayə).

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031