Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yuxuda olarkən niyə tərpənirik?

Oktyabr 22
12:49 2014

Sələf Xəbər” m.t24.com.tr saytına istinadən bədənimizdə hər gecə ayıqlıq ilə yuxu halı arasında beynin nəzarətini ələ keçirmək uğrunda sanki müharibə getdiyini bildirir.

Şeffild Universitetinin psixoloqu Tom Stafford yuxuya getmə anında qolumuzu və ayağımızı niyə qeyri-iradi olaraq hərəkət etdirdiyimizin səbəbini açıqlayır. Bədənimiz yuxuya getdikdə, beynimizdən keçən ani səyirmə əmrləri ilə qol və ayaqlarımız qeyri-iradi şəkildə hərəkətə keçir. Bəziləri bunu təəccüblü, bəziləri isə utandırıcı hərəkətlər hesab edir. Əslində hipnik əzələ səyirməsi çox qəribə bir hadisədir. Bunun səbəbi elmə məlum deyil. Lakin bunu, beynin nəzarətini ələ keçirmək üçün ayıqlıq ilə yuxu halı arasında hər gecə baş verən müharibənin yan təsiri kimi səciyyələndirmək olar.

“BBC Türkçe” kanalında yayımlanmış xəbərə əsasən, yuxuda ikən bədənimiz iflic vəziyyətinə düşür. Ən hərəkətli yuxuları gördükdə belə, əzələlərimiz hərəkətsiz və boş olur, daxildə hiss etdiyimiz həyəcanı əks etdirmirlər. Zahiri dünyada baş verən hadisələr bizə təsir etmir. Bunu yoxlamağınız tövsiyə olunmur, amma aparılan araşdırmalar nəticəsində, gözləriniz açıq qalacaq şəkildə onları yapışqan lentlə yapışdırıb yuxuya getdiyiniz zaman, kimsə gözünüzə işıq tutsa da, bunun yuxunuza təsir etmədiyi məlum olmuşdur.

Lakin, yuxu görən insanın zahiri dünya ilə əlaqəsi tamamən kəsilmir. Yuxular görən beyində iki cür hərəkət mövcuddur və bunların təsirləri müxtəlifdir.

Beyində gedən müharibə
Yuxuda ikən ən çox etdiyimiz hərəkət, sürətli göz hərəkətləridir. Yuxu əsnasında gözlərimiz gördüyümüz yuxuya əsasən hərəkət edir. Məsələn yuxuda tennis yarışı izləyiriksə, gözlərimizin biri sağa, biri sola hərəkət edir. Yuxu aləmində meydana gələn bu hərəkətlər, normal yuxu iflicindən çıxaraq gerçək dünyaya əks olunur. Yuxu görənin gözlərinin hərəkət etməsi, yuxu gördüyünün ən böyük əlamətidir. Qeyri-iradi əl-ayaq hərəkətləri olaraq ifadə olunan hipnik səyirmələr isə fərqli səciyyə daşıyır.

Buna əsasən uşaqlarda rast gəlinir. Yuxularımız ən sadə mərhələdə ikən meydana gəlir və yuxu aləmində baş verənləri əks etdirmir. Məsələn, yuxuda velosiped sürürsünüzsə, ayaqlarınızı buna müvafiq şəkildə hərəkət etdirmirsiniz. Hipnik səyirmə isə yuxu iflici bədəninizi ələ keçirməyə başladığı an hərəkətlərinizi tənzimləyən motor sisteminizin bədəniniz üzərində hələ də kifayət qədər nəzarətə sahib olduğunun göstəricisidir.

Yuxu və ayıqlıq
Bu sistemlərdən biri beynin dərinliklərində, korteksin (beyin pərdəsi) altında və retikulyar aktivləşmə sistemi adlanan sinir hüceyrələri şəbəkəsində yerləşir. Bu sistem tənəffüs kimi əsas psixoloji prosesləri idarə edən beyin şöbələri arasında yerləşir. Retikulyar aktivləşmə sistemi tam gücü ilə fəaliyyət göstərdiyi vaxt, biz tam ayıq vəziyyətdə olur və hərəkət etmək istəyirik.

Onun önündə isə ventrolateral preoptik nüvə yerləşir; “ventrolateral” beynin altında və kənarında, “preoptik” isə göz sinirlərinin keçdiyi nöqtədən əvvəl deməkdir. Qısacası VLPO adı verilən bu sistem insana yuxu halı verir və göz sinirlərinə yaxın olduğu üçün gecə ilə gündüzü bir-birindən ayırd edərək yuxu siklimizi tənzimləyir.

“Hipnik səyirmələrin” səbəbi
Zehnimiz zahiri dünyanı qavrama və şərh etmə vəzifəsindən tədricən yayındıqda və hekayələr uydurmağa başladıqda, retikulyar sistem ilə VLPO arasında mübarizə başlayır və VLPO-nun lehinə davam edir. Yuxu iflici adlanan hal meydana gəlməyə başlayır. Bundan sonra nə baş verdiyi isə dəqiq deyil. Lakin əlamətlər motor sisteminin nəzarəti uğrunda aparılan mübarizənin hələ də davam etdiyini göstərir. Yuxu iflici meydana gəldikdə, gündüzdən qalan enerji ani əzələ hərəkətləri ilə bir növ partlayışa səbəb olur. Başqa sözlə desək, hipnik səyirmələr normal gündüz motor nəzarətinin son çırpınışlarıdır.

Bəziləri hipnik səyirmələrin yuxuda yıxıldıqları zaman meydana gəldiyinə inanır. “Yuxu ilə bütünləşmə” adı verilən bu hal, zəngli saat kimi xarici ünsürlərin yuxuya təsir göstərməsi kimidir. Bunun meydana gəlməsi, zehnimizin hekayələr qoşmaq gücünü göstərməkdədir. Yuxuda ikən beynin planlama və proqnozlaşdırma şöbələrinin fəaliyyəti dayanır, zehnimiz sərbəst şəkildə yaradıcılığından istifadə etməyə başlayır.

Hipnik səyirmələr, zehin keçid halında ikən, ayıqlıq və yuxu arasındakı mübarizədən qaçıb xilas olan hərəkətlərdir. Ayıq ikən ətrafımızda baş verən hadisələrə məna verməyə çalışırıq. Yuxuda isə zehnimiz öz fəaliyyətinə məna verməyə çalışır ki, bu da yuxu ilə nəticələnir. Yuxuya getmə əsnasında bu dünya üzərinə sanki pərdə çəkilir və meydana gələn hipnik səyirmələr öz bədənimizə aid və yatmaqda olan şüurun diqqətindən qaçan hərəkətlərdir.

Yəni yuxuda ikən etdiyimiz hər iki hərəkət növü arasında xoş bir simmetriya mövcuddur. Sürətli göz hərəkətləri, biz oyanmaqda ikən yuxunun bədənimizdə təzahür edən qalıqlarıdır. Hipnik səyirmələr isə, ayıq həyatımızın yuxu aləminə icazəsiz girən qalıqlarıdır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan” surəsi, 47-ci ayə).

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz.

Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız.

Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031