Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Yuxusuz gecələr bədənə necə təsir edir?

Oktyabr 13
14:20 2014

“Sələf Xəbər” ntvmsnbc.com saytına istinadən, əldən düşdüyünüz və çox yuxunuz gəldiyi halda beyninizi sakitləşdirib heç cürə yuxuya gedə bilməməyinizin səbəblərini diqqətinizə çatdırır. Görəsən yuxulaya bilmədiyimiz bir gecə boyunca bədənimizdə nələr baş verir? Qulaq-burun-boğaz həkimi və baş-boyun cərrahı doktor Bahadır Baykal bu sualın cavabını araşdırıb.

Yuxunun təbii istirahət şəkli olduğunu və bütün canlıların gündəlik funksiyalarını yerinə yetirə bilmək üçün yuxuya ehtiyac duyduğunu bildirən Baykal, yuxu mexanizmi haqqında bunları bildirib: “Günəş batdıqda, beyin epifiz vəzi yuxu hormonu olan melatonini ifraz etməyə başlayır. Beləliklə bədənə yuxu vaxtının gəldiyi xatırladılır. Səhər oyandıqda isə yuxugətirici kimyəvi maddə olan adenozin ifraz olunmağa başlayır və gün ərzində vücudumuzda toplanır. Yatağımıza uzandıqda digər maddələrlə bərabər beynimizə yayılaraq yuxumuzun gəldiyini hiss bizə etdirir. Neyrokimyəvi bir maddə olan ABA isə beyin gövdəsini stimulyasiya edərək yuxu əmri verir. Bundan sonrakı mərhələ isə yuxunun özüdür.

Yatağa girdikdən bir neçə dəqiqə sonra gün ərzində baş vermiş hadisələri fikirləşməyə başlayırıq. Ağlımızdan “Niyə belə dedim, niyə belə etdim, bəs necə etməliydim?” və sairə kimi bir çox düşüncələr keçir. Beynimizdə ilk müharibə məhz o zaman başlayır və zehnimiz stress altına düşür.

Stressin səbəb olduğu adrenalin hormonu ürək döyüntülərini, qan təzyiqini, bədənin temperaturunu və nəfəs ritmini pozur. Adrenalinin “qardaşı” hesab edilən kortizol hormonu da artaraq qanda şəkərin səviyyəsini yüksəldir və beyin oyanmağa doğru gedir. Beynin yuxu və ayıqlıq mərkəzləri arasındakı mübarizə artıq başlayır.

İkinci saatın sonunda yataqda sağa-sola çevrilib yata bilməmək insanın əhval-ruhiyyəsini yaxşıca pozur, adrenalin-kortizol səviyyəsi bir az da artır. Ani və dərindən nəfəs almağa başlayırıq.

Ən böyük səhvimiz kompüter və ya televizoru açmağımızdır Yataqda olduğumuz üçüncü saatın sonunda təslim olaraq yataqdan qalxıb televizoru və ya kompüterimizi açdıqda böyük bir səhvə yol vermiş oluruq. Ekrandan yayılan mavi işıq, melatoninin daha da sıxışdırılmasına səbəb olur. Beynimizdə o an yeni günün başladığı hissi oyanır. Zehin yuxudan daha çox izlənən və ya oxunan bir şeyə yönəldiyi üçün, yatağımıza girdiyimiz zaman daha da ayıq halda oluruq.

Beşinci saatda beynin yuxu mərkəzi bu mübarizədə qalib gəlir və bir müddət yuxuya gedə bilirik. Lakin, təbii yuxu kimi sakitcə yuxuya getmək mümkün olmur. Beyin dalğaları yüksək tezlikdə sıxışıb qaldığı üçün yuxu kəsintili və narahat olur.

Zehnin açılması üçün kofeinə ehtiyac duyulur 7-ci saatın sonunda işə getmək vaxtı gəldikdə və ya zəngli saat çaldıqda, beyin dərin yuxu mərhələsi zamanı girilən delta mərhələsində olduğu üçün, həmin dəqiqə oyanmaq çətin olur. Oyanmağa çalışsaq da, bədənimizdəki adenozin səviyyəsi zehni bulanıqlaşdırır. Tez bir zamanda özümüzə gəlmək üçün bir fincan qəhvəyə ehtiyac duymağımızın səbəbi, kofein qəbul edərək adenozini təsirsiz hala gətirməyimizdir.

Yuxusuz keçən bir gecədən sonra kifayət qədər dincəlmədiyimiz üçün, özümüzü qərarsız və digər günlərə nisbətən daha dağınıq hiss edə bilərik. Çünki beynimizin məntiq və konsentrasiya mərkəzi olan ön korteks yorulub. Diqqətimizi cəmləməkdə çətinlik çəkə, əsəbi və fövri (impulsiv) ola bilərik. Lakin, bütün bunlara baxmayaraq, gecə lazımi vaxtda yuxuya getməyi bacara bilsək, bu travmanı ertəsi günə daşımaya bilərik.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan” surəsi, 47-ci ayə).

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz.

Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930