Yuxusuzluğu aradan qaldıran bitki çayları
5. 957 dəfə baxılıb
Yüngül və orta dərəcəli yuxusuzluq problemlərindən bitki mənşəli çayların köməyi ilə xilas ola bilərsiniz. Bitki çayları əzələləri yumşaldıb, sinirləri sakitləşdirdiyi üçün şirin yuxu gətirir.
Gecə yaxşı yatdığınız üçün gün ərzində daha enerjili olursunuz. Yuxusuzluq problemini azaldan bitki çaylarını yatağa girməzdən 1 saat əvvəl için.
“Sələf Xəbər” Tabloid.az-a istinadən yuxusuzluq problemini azaldan bitki çaylarını təqdim edir:
Qonaqotu çayı
Sakitləşdirici, əzələləri boşaldan və ağrı yumşaldıcı xüsusiyyəti olan qonaqotu xoşbəxtlik hormonları ifraz edir. Əhval-ruhiyyəni qaldırır, zehni yorğunluğu və mənfi düşüncələri aradan qaldırır. Qonaqotu bitkisinin bu xüsusiyyətlərini nəzərə alaraq 2-ci Dünya Müharibəsi zamanı alman ordusunda zərdab kimi istifadə edilib. Lakin otun həddindən artıq istehlak edilməsi halsızlığa səbəb ola bilər.
Pişikotu çayı
Pişikotu çayı xüsusilə ağrı, həzm problemlərini aradan qaldırmaq üçün istifadə edilə bilər. Əzələ ağrılarını və spazmalarını azaldır, həzm sistemini sakitləşdirir və qan təzyiqini salır. Bitkilər üzərində aparılan araşdırmalar göstərir ki, bu çay yuxu tənzimləyici kimi təsirli gücə malikdir. Yuxu gətirən və sinirləri sakitləşdirən digər bitkilərdə olduğu kimi pişikotu çayı da mərkəzi sinir sisteminə təsir etdiyindən hər axşam istifadəsi məsləhət deyil. Çünki bəzi insanlarda həyəcan hissinə yol açaraq yuxunu qaçıra bilər.
Mayasarmaşığı çayı
Rahatlaşdırıcı, yuxu gətirən və antiseptik bitki olan mayasarmaşığı gərginlik və narahatlıq səbəbindən baş verən yuxusuzluq problemi üçün istifadə edilir. Əsəbləri sakitləşdirir, mədə pozğunluğuna yaxşı təsir edir və baş ağrısını azaldır. Eyni miqdarda çobanyastığı çayı ilə də qarışdırmaq olar. Depressiya və hamiləlik dövründə istifadəsi qadağan edilir.
Çobanyastığı çayı
Yuxusuzluğu aradan qaldıran çobanyastığı çayı həzmi asanlaşdırır, əzələ spazmalarını azaldır, ağrıkəsici və antiseptikdir. Yüngül dərəcəli yuxu problemləri üçün olduqca təsirli olan çobanyastığı çayını eyni miqdarda mayasarmaşığı bitkisiylə qarışdırıb içmək olar.
Digər çaylar
Limon otu, melisa otu çayı sakitləşdirici xüsusiyyəti ilə yuxuya getməyi asanlaşdırır.
Yüngül və orta dərəcəli depressiya müalicəsində istifadə edilən adi dazı çayı sakitləşdirici təsirə malikdir. Stressi azaldaraq yuxu qaçıran fikirlərdən xilas olmağınıza kömək edir. Tərkibində olan “melatonin” adlı komponent yuxu keyfiyyətini artırır.
Bitki çaylarına qarşı dərmanlara olduğu qədər diqqətli olun. Çünki bitkilər dərmanlar kimi orqanizmdə müəyyən dəyişikliklərə yol açır. Yuxusuzluğa yaxşı təsir göstərən bu çayların mərkəzi sinir sisteminə təsirini də unutmamaq lazımdır. Bu çayları hər axşam içmək gələcəkdə daha ciddi yuxusuzluq problemlərinə gətirib çıxara bilər. Bu baxımdan az-az içmək təklif olunur. Ancaq sakitləşdirici təsirə malik çobanyastığı, pişikotu kimi bitkilərinn çayını həddindən artıq qəbul etmək zərərli ola bilər. Xüsusilə, depressiya zamanı, yuxu dərmanları ilə birlikdə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Qurani-Kərim, “Furqan”, 47-ci ayə)
“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)