Zəhər xərçəng hüceyrələrini məhv edir
1. 114 dəfə baxılıb
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, İllinoys Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, ilan, arı və əqrəb zəhəri xərçəng hüceyrələrini məhv etməyi bacarır.
Bu məlumat həmin zəhərlərin hüceyrələrə təsiri öyrənilən zaman təsdiq olunub.
Tədqiqatçılar laboratoriya şəraitində zəhərli maddəni xərçəng hüceyrələrinin inkişafının və çoxalmasının qarşısını almaq iqtidarında olan zülal və peptidlərə ayıra biliblər.
Adi zəhər insan orqanizminə düşəndə iltihabla müşayiət olunan zəhərli reaksiya baş verir. Bundan əlavə, bir çox zəhərlər ürəyin fəaliyyətini zəiflədir, baş və onurğa beynin neyronlarına ziyan vurur. Müasir texnologiyalardan istifadə olunsa, bu öldürücü maddəni xərçəngin müalicəsi vasitəsinə çevirmək olar.
Alimlər bu eksperiment sayəsində zəhərlərin faydalı xüsusiyyətlərindən istifadə edə bilərlər. Mikroskopik hissəcik zəhərlə birlikdə xərçəng hüceyrəsinə daxil olaraq onu məhv edir. Bu zaman sağlam hüceyrələr zədələnmir.
Qeyd edək ki, tədqiqatlar hələlik elmi eksperiment mərhələsindədir, lakin alimlər artıq öz kəşfinə böyük ümidlər bağlayırlar.