Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Zəlzələlərin baş verməsini əvvəlcədən təyin etmək üçün yeni üsul təklif olunur

Mart 28
16:52 2015

“Sələf Xəbər”in “əl-Ənbə” qəzetinə istinadən məlumatına görə, alimlər deyirlər ki, vəhşi heyvanlar zəlzələdən bir neçə həftə qabaq onun baş verəcəyini bilməyə qadirdirlər. Ona görə də tez-tez yer silkələnməsi baş verən ölkələrdə öncədən xəbərdarlıq etmək üçün uzuc başa gələn sükunət və hərəkətlərə nəzarət kameraları quraşdırmaq mümkündür.

Alimlər apardıqları tədqiqatlarının nəticəsini Fizika və Kimya konfransında bəyan edərək Amazon çayının ətrafında 2011-ci ildə 7 bal gücündə baş verən zəlzələdən öncə quraşdırdıqları müxtəlif kameralarda zəlzələdən 3 həftə qabaq heyvanların davranışlarında dəyişikliklər gördüklərini bildiriblər.

Zəlzələdən öncə 23 gün davam edən araşdırmalarda alimlər bu heyvanların hər gün 5 müxtəlif hərəkət etdiklərini kameralar vasitəsilə lentə alıblar.

Araşdırmada iştirak edənlər deyir ki, çox qəribədir, zəlzələdən 5-7 gün əvvəl məntəqənin yağışlı meşələrin və dağların qoynunda olmasına baxmayaraq, həmin heyvanlarda heç bir hərəkətlər müşahidə olunmayıb.

Araşdırmanı təşkil edənlər qeyd ediblər ki, alimlər əvvəllər də heyvanların zəlzələdən öncə xəbərdar olduqlarını bilirdilər, lakin indiyə qədər heyvanların davranışlarındakı dəyişikliklərini xüsusi olaraq hekayə üslublu fərdi halların müşahidəsi hesab edirdilər.
Araşdırmanın və İngiltərənin Angeliya universitetindəki Heyvan Biologiyası konfransının başçılarından biri Riçil Grantın dediyinə görə, zəlzələ qabağı heyvanın aktivliyinin geriləməsinin bilinməsi ilk araşdırmadır.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir”. (Qurani-Kərim, “Ənam” surəsi, 38-ci ayə)

“Yerdə məskunlaşan və göydə uçan bütün canlı varlıqlar, ev heyvanları, vəhşi heyvanlar və quşlar cəm halındadırlar və insan cəmiyyətinə bənzərlər. Axı, Allah onları Öz qüdrəti və Öz yenilməz iradəsi sayəsində xəlq etmişdir və bu, həmçinin bütün bəşəriyyətə münasibətdə də qeyd-şərtsiz şamil və icra edilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930