Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Zəm-zəm suyunun açılmayan sirləri

İyul 14
15:00 2015

Yapon aliminin sözlərinə görə, bu su azan səsi eşidiləndə və Quran oxunan zaman daha da saflaşır, zəng səsi gələndə isə qaralır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, Zəm-zəm suyu dünyanın ən sağlam suyudur.

“Sələf Xəbər”in XəzərXəbər.com-a istinadən məlumatına görə, texnologiyanın inkişaf etdiyi bir dövrdə bu suyun sirri illərdir araşdırılsa da, hələ də açılmayıb. Zəm-zəm suyunun mənbəyi dənizdən 80 kilometr uzaqdadır və ətrafında heç bir quyu yoxdur. Bundan başqa, Zəm-zəm suyunun quyusu cəmi 1,5 metr dərinlikdədir və Həcc ziyarəti zamanı milyonlarla ziyarətçi öz susuzluğunu bu quyudan su içməklə yatızdırır. Bununla belə, quyunun illərdir qurumaması, hətta suyunun səviyyəsinin düşməməsi tədqiqatçıların da böyük təəccübünə səbəb olub.

Avropa laboratoriyalarında suyun tərkibi araşdırılıb və məlum olub ki, onun tərkibində çox az miqdarda kükürd var. Amerikadakı araşdırmalar nəticəsində isə bu suyun tərkibində mikroorqanizm və bakteriyaların olmadığı müəyyənləşib. Bu xüsusiyyət başqa heç bir suda yoxdur. ÜST də təsdiq edib ki, Zəm-zəm suyu dünyanın ən sağlam suyudur. Mütəxəssislər bir çox xəstəliklərin, xüsusilə, malyariyanın müalicəsində bu suyun müsbət təsiri olduğunu bildirirlər.

Yapon alimi Masaru Emoto isə Zəm-zəm suyu haqqında daha maraqlı fikirlər bildirib. O, Zəm-zəm suyunun kristallarını mikroskop altında müşahidə edib. Yapon aliminin sözlərinə görə, bu su azan səsi eşidiləndə və Quran oxunan zaman daha da saflaşır, zəng səsi gələndə isə qaralır. Alim iddia edir ki, Zəm-zəm suyu ətrafında baş verən bütün dəyişiklikləri “hafizəsində saxlayır”. Masaru Emoto Zəm-zəm suyunun tərkibinin bütün sulardan fərqləndiyini bildirib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Yer üzünün ən xeyirli suyu Zəm-zəm suyudur. Zəmzəm suyunda tam bir qida və xəstəlikdən şəfa var”. (ət-Tabarani, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930