Zəmzəm suyunun möcüzəsi – FOTO
5. 177 dəfə baxılıb
Milli.az Anspress-ə istinadən dünyanın ən təmiz sularından olan zəmzəm suyunun hələ də tam açılmayan sirri haqqında söz açır.
Adı Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında çəkilən, mənbəyi bilinməyən suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa heç bir quyu olmamasına baxmayaraq illərdir qurumaması, alimləri çaş-baş edir. Sadəcə 1,5 metr dərinliyindəki quyudan həcc mövsümündə milyonlarla hacı bütün su ehtiyacını qarşılayarkən, su səviyyəsində də heç bir azalma olmur. İçənin susuzluğunu və hətta aclığını belə götürən suyun bu sirri də alimlər tərəfindən araşdırılır.
Avropa laboratoriyalarında aparılan araşdırmalardan məlumdur ki, zəmzəm suyunun tərkibində kükürd miqdarı həddindən artıq azdır. ABŞ laboratoriyalarının apardığı testlərdən isə daha maraqlı məlumat verilib. Məlum olub ki, zəmzəm suyu dünyanın yeganə suyudur ki, tərkibində nə mikroorqanizm, nə də bakteriya var. Ümumdünya Səhiyyə Təşkilatı zəmzəm suyunu dünyanın içilə bilən ən xeyirli suyu kimi elan edib. Bununla belə digər sulara görə daha çox bəsləyici və mineral tərkibli zəmzəm bu günə qədər araşdırılır.
Alman professoru Pfeyfer təsadüf nəticəsində zəmzəmlə tanış olduğu gündən etibarən suyun üzərində bir çox elmi araşdırmalar aparıb. Onun dediyinə görə, “Bu su heç bir şərt altında dəyişmir, amma dəyişdirir. Maraqlı bir test etdim. Bir damla zəmzəm suyuna 100 damla normal su qarışdırdım. Sonda gördüm ki, suyun hamısı zəmzəm olub. Sonra bir damla Zəmzəmə min damla normal su qarışdırdım və eyni nəticə əldə etdim. Zəmzəmdə böyük bir enerji var. Başqasını dəyişdirər, amma özü dəyişməz”.
Yapon alimi Masaru Emoto isə zəmzəm kristallarını mikroskop görüntüsündə araşdırıb. Suyun kristal nizamının dəyişən tezliklərə görə fərqliləşdiyini görən Dr. Masaru Emoto zəmzəm kristallarının zəng səsində qaraldığını, Quran və azan səsində isə parladığını qeyd edib. Onun araşdırma yazılarında qeyd olunub ki, zəmzəmin kristalları bir növ Kəbə evini xatırladır.
Zəmzəm suyunun xeyri elmi cəhətdən isbat edilsə də, bu su elmin izah edə bilməyəcəyi bir çox möcüzələri özündə birləşdirir. İçilməsi savab olan suyun şəfaəti bütün dünyada dillər əzbəridir. Zəmzəmin baş ağrısını kəsməyi və gözü işıqlandırmağı isbata ehtiyac olmayan həqiqətlərdəndir.
“Yer üzünün ən xeyirli suyu zəmzəm suyudur. Zəmzəm suyunda tam bir qida və xəstəlikdən şəfa var.” (ət-Təbarani, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)