Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 03.05.2015

May 03
08:29 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Aqressiv separatizm davam edir”


Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik”.
“BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb”.
“Azərbaycan beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkir, tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür, Xocalı soyqırımına məruz qalmışıq”. Daha ətraflı

🌎

Quranilər və onların şübhələrinə cavablar – I hissə


Sələf Xəbər “Quranilər və onların şübhələrinə cavablar” adlı məqaləsinin I hissəsini ilk dəfə olaraq sizlərə təqdim edir. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanının kralı vəliəhdi dəyişdi


Səudiyyə Ərəbistanının kralı Salman vəliəhdi olan Əbdüləzizi öz istəyi ilə vəzifədən azad edərək onun yerinə qardaşı oğlu Naif ibn Əbdüləzizi təyin edib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının televiziyasının yaydığı xəbərdə kral Salman ibn Əbdüləzizin oğlu şahzadə Məhəmməd ibn Salmanın da Məhəmməd ibn Naifin yerinə ikinci vəliəhd olaraq təyin edildiyi bildirilir. Daha ətraflı

🌎

Namaz qılan prezidentlər – FOTO


Namaz qılmaq, Allaha ibadət etmək İslam dininin əsas şərtlərindəndir. Qurani-Kərimdə buyrulduğu kimi, namaz hər bir müsəlman üçün vacib əməldir.
Allaha ibadət edənlər arasında təkcə adi vətəndaşlar deyil, ölkə rəhbərləri də var. İslamın şərtlərinə riayət edib, namaz qılan prezidentlər kimlərdir? Daha ətraflı

🌎

Şeyx Zeyd əl-Mədxəli: “İslamda nümayişlərin hökmü” – VİDEO


“Sələf Xəbər” alim Şeyx Zeyd əl-Mədxəlinin həyatını və nümayişlər haqqında fikirlərini təqdim edir:

Alim, fəqih Şeyx Zeyd ibn Məhəmməd ibn Hədi əl-Mədxəli əl-Qahtani hicri ilə 1357 (m.i.1938)-ci ildə Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cəzan məntəqəsinin Səmita şəhərinin ər-Rukubə kəndində anadan olmuşdur. 7 yaşında olarkən elm və xeyriyyəçiliyi ilə məşur olan anasını itirmişdir. O, orta məktəbi doğulduğu kənddə və Səmita şəhərində oxumuş, Şeyx Hafiz əl-Həkəminin yanında dini dərslər aldıqdan sonra Səmita şəhərində yenicə açılan elmi institutu bitirmiş və 1384 (1964)-cü ildə ər-Riyad şəhərində yerləşən Məhəmməd ibn Saud adına İslam Universitetinin şəriət fakultəsinin məzunu olmuşdur. Daha ətraflı

🌎

Rusiyalı politoloq: “Soyqırımı ermənilər azərbaycanlı və türklərə qarşı törədib – VİDEO


“Ermənilər 2,5 milyon türkü öldürüblər”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı məşhur ictimai xadim Heydər Camal çıxış edib. Daha ətraflı

🌎

Everestdə uçqun və düşərgədəki çaxnaşma anları – VİDEO


“Sələf Xəbər”in alanba.com.kw saytına istinadən verdiyi xəbərə əsasən, Cost Kobestşin kamerası Everest dağında baş vermiş qar uçqununu lentə almışdır. Nepalda baş vermiş zəlzələ səbəbi ilə yaranan uçqun alpinistlərin olduğu düşərgəni vurub. Daha ətraflı

🌎

Alman yazıçı: “İŞİD-in fəaliyyətinin Quranla heç bir əlaqəsi yoxdur”


“Onların hər əməli İslama zərər verir”.
Almaniyalı yazıçı İŞİD terror xəvaric qruplaşmasının fəaliyyətini pisləyən kitab nəşr etdirib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, alman yazıçı Yürqen Todenhöfer “Inside IS” (“İŞİD-in içində”) adlı yeni kitabını yayımlayıb. Kitabın təqdimatı paytaxt Berlində keçirilib. Daha ətraflı

🌎

Tacikistanda saqqal və hicaba “icazə” satanlar…


Bir qrup fırıldaqçı axtarışa verilib.
Tacikistanın hüquq-mühafizə orqanları saqqal və hicaba “icazə” satan bir qrup fırıldaqçını axtarışa verib.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, bu barədə “İnterfaks” xəbər verir. Daha ətraflı

🌎

“Bir daha Peyğəmbər (Allahın ona salavat və salamı olsun) haqqında karikatura çəkməyəcəyəm”


Fransada Məhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir etdikdən sonra hücuma məruz qalan karikatura jurnalı “Charlie Hebdo”nun baş karikaturaçısı Luz kimi tanınan Renald Luzier bir daha Peyğəmbərin karikaturasını çəkməyəcəyini bildirib. Daha ətraflı

🌎

Digər xəbərlər