Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 04.01.2015

Yanvar 04
09:16 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qorusun) “Boeing-787-8” təyyarəsinə baxış keçirib – FOTO


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus yeni gətirilən “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsi ilə tanış olublar.
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, “AZAL” QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına yeni təyyarə barədə məlumat verib. Daha ətraflı

İslamda etiraz aksiyaları və nümayişlərin hökmü haqda təkzibolunmaz faktlar – İLK DƏFƏ


“Sələf Xəbər” www.ahlusunnahwaljamaah.com saytına istinadən, İslamda etiraz aksiyaları və nümayişlərin hökmü barədə böyük İslam alimlərinin rəylərini təqdim edir.
Bu gün bu ümmətdə bir qism müsəlman bəzi məsələlərlə bağlı etiraz aksiyaları keçirmək, nümayişlərə çıxmaq, dəstək vermək və təşkil etməyə yardım göstərməyə çağrılır. Lakin bütün bu əməllər haramdır, çünki İslamda etiraz aksiyaları və nümayişlər haramdır. Bəzi müsəlmanlar, hətta, etiraz aksiyalarını cihad adlandırır. Daha ətraflı

“Yeni il”i nə üçün qeyd etməməliyik?


“Sələf Xəbər” www.sunnapress.com saytına istinadən “yeni il”in İslamda hökmü barədə maarifləndirici məqaləni təqdim edir:

Çoxlarımız bütün uşaqlığımız boyu səbrsizliklə “yeni il”i gözləmişik. Çoxları üçün bu ən xoş və sevimli bayram olub və hətta, böyüdükdən sonra da o bizdə xoş xatirələr oyadıb. Bəs, bu bayram həqiqətənmi bu qədər xoş və zərərsizdir? Daha ətraflı

Dünya məşhuru müsəlman olur


İrlandiyalı məşhur aktyor müsəlman olur. Aktyor bu qərarını İstanbula səfərindən sonra verib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, irlandiyalı Liam Nison “The Sun” qəzetinə verdiyi açıqlamasında müsəlman olmağı düşündüyünü deyib.

O, İstanbula səfəri zamanı İslam dinindən çox təsirləndiyini deyib: “İslam dininin insanı özünə çəkən özəlliyi var. Müsəlmanların dua etməsi insanın ruhunu oxşayır. Gündə beş dəfə dua etmək üçün əzan verilir. İlk həftə bu vəziyyətə alışmasanız da, sonradan bu səs sizin ruhunuzun dərinliklərinə yol tapır. Bunun dünyanın ən gözəl şeyi olduğunu başa düşürsünüz”. Daha ətraflı

“Cümə günləri 150 min insan məscidə gedir”


“Azərbaycan müstəqilliyini qazananda respublikada cəmi 17 məscid var idi, indi 2050 məscid var. 1600 məscid daimi fəaliyyət göstərir”.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda bayram və cümə namazlarında 150 min vətəndaş məscidlərə gedərək dini ayinləri icra edirlər. Daha ətraflı

Görkəmli İslam alimləri: Abdullah ibn əl-Mübarək


“Sələf Xəbər” böyük İslam alimi Abdullah ibn əl-Mübarəkin ibrətamiz məqamlarla dolu həyatından bəhs edən məqaləni ixtisarla təqdim edir:

Süfyan ibn Uyeynə (Allah ona rəhmət etsin) : “Mən səhabələrə baxdım və Abdullah ibn əl-Mübarəkə baxdım, amma onların Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və onunla döyüşlərdə olmalarından başqa onun üzərində bir üstünlüyünü görmədim”. Daha ətraflı

Şeyx Muhəmməd Salih əl-Useymin: Qohum haqları


“Sələf Xəbər” www.abdurrahman.org saytına istinadən qohumluq əlaqələrini saxlamağın mühümlüyü barədə məqaləni təqdim edir:

Əqrəbalar sizinlə qan qohumluğu və sıx bağları olan insanlardır: qardaş, əmi (dayı), xala (bibi) və ya onların uşaqları kimi. Qohumluq bağınız olan hər bir kəsin sizinlə necə qohum olmasına müvafiq olaraq üzərinizdə haqqı var. Bu barədə Uca Allah buyurur: “Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver”. (Qurani-Kərim, “İsra” surəsi, 26-cı ayə). Daha ətraflı

Çörçill İslamı qəbul etmək istəyirmiş


İngiltərə mətbuatı Uinston Çörçillə bağlı gizli tarixi ortaya çıxarıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bir zamanlar Böyük Britaniyanın Baş naziri olmuş Çörçillin İslam dininə maraq göstərdiyi, ancaq ailəsinin onu bu yoldan çəkindirdiyi bildirilir. Çörçillin İslam və Şərq mədəniyyətinə heyran olduğu, hətta, dinini dəyişdirmək ehtimalının yüksək olmasının ailəsində narahatlıqla qarşılandığı qeyd edilir. Çörçillin qardaşı Conun nişanlısı Qvendolin Bertaynın 1907-ci ildə Çörçillə göndərdiyi məktubda “Xahiş edirəm, İslamı seçmə, buna qarşı müharibə apar!”- dediyi də məlum olub. Daha ətraflı

Çexiya xəstəxanasında ərəblərin dəvə nəğməsi – VİDEO


“Sələf Xəbər” alanba.com.kw- a istinadən video təqdim edir:
Görəcəyiniz bu videoda Səudiyyə Ərəbistanından olan gənclər Çexiya xəstəxanalarından birində müalicə alan atalarını ziyarət etdikdən sonra, xəstəxananın həyətində atalarının pəncərəsi önündə dayanaraq ona təsəlli üçün bostanında həmişə dəvələrinə oxumağı adət etdiyi nəğməni oxuyurlar.
Bu təkcə atalarına təsəlli olsun deyə deyil. Eyni zamanda övladın valideynə olan sevgisinin bir təzahürüdür. Daha ətraflı

Nikah bağlayanlar nəyi bilməlidirlər


Bu gündən başlayaraq, Azərbaycanda nikah bağlamaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına ərizə ilə yanaşı, tibbi müayinədən keçilməsini təsdiqləyən arayış da təqdim etməlidirlər.

“Sələf Xəbər”-in Trend-ə itinadən məlumatına görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Yalnız bu müayinələrdən sonra onlara arayış təqdim ediləcək. Həmin arayış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarına təqdim edilir. Müayinənin nəticələri həkim sirridir. Daha ətraflı

Digər xəbərlər