HƏFTƏNİN YEKUNU – 10.01.2016
969 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Pakistan prezidenti: “Azərbaycan “JF-17 Thunder” qırıcıları alacaq”/a>
Pakistan prezidenti Məmnun Hüseyn Bakıya səfərinin yekunlarına dair hesabat verib.
Prezident Məmnun Hüseyn Azərbaycan və Nigeriyanın Pakistanın hərbi istehsalında, o cümlədən də modernləşdirilmiş JF-17 qırıcılarına maraqlı olduğunu bildirib. Daha ətraflı
Valyutadəyişmə məntəqələrinin bağlanması gözlənilir
Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.
Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanacaq. Daha ətraflı
Ərdoğan: “Səs-küy salmaqla özünüzü təmizə çıxara bilməyəcəksiniz”
Ərdoğan İranı ikiüzlü adlandırdı.
Türkiyə prezidenti: Suriyada 400 min insan öldürüldü. Buna səssiz qalanlar bir nəfərin edamına görə dünyanı ayağa qaldırmağa çalışır. Daha ətraflı
Obama İlham Əliyevi ABŞ-a dəvət edib
Bu il Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub. Daha ətraflı
PKK-ya dəstək verən ölkələr
Türkiyənin on illərdir başına bəla olan kürdlərin PKK terror təşkilatı bu gün də öz iyrənc əməllərindən çəkinmir. Terror təşkilatının Türkiyənin parçalanmasına yönələn bu addımlarının arxasında kənar qüvvələrinin rolunun olduğu danılmazdır. Daha ətraflı
Nabil əl-Arabi: “İran ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmalıdır”
Ərəb Dövlətləri Liqası İranı ərəblərin daxili işlərinə müdaxilədən çəkinməyə çağırdı.
“İran ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmalıdır. Bu, beynəlxalq hüquqla ziddiyyət təşkil edir”. Daha ətraflı
Dadlı və faydalı kəklikotu çayı
Bu ətirli ot qədim zamanlardan müxtəlif xəstəliklər və pozulmalar zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Müasir dövrdə də ətirli və müalicəvi kəklikotu çayı çox populyardır. Lakin bu çaydan fayda almaq üçün onu düzgün hazırlamaq lazımdır. 1/2 çay qaşığı quru kəklikotu 1 fincan qaynar suda dəmlənilir. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar. Daha ətraflı
Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasındadır
Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bunu “Gallup” analitik şirkətinin keçirdiyi sorğu göstərib.
Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib). Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı (hər ikisi 82%), eləcə də Azərbaycan (81 %) izləyir. Daha ətraflı
Ərəb Ölkələri Liqası fövqəladə iclas üçün Qahirədə toplanacaq
Yanvarın 10-da Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı-İran münasibətlərindəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Ərəb Ölkələri Liqasının baş katibinin müavini Əhməd Ben Helli bəyan edib. Daha ətraflı
Tehranda Səudiyyə Ərəbistanının səfirliyi dağıdılıb – FOTO, VİDEO
Binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa başlayıblar.
Tehranda şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər. Daha ətraflı