HƏFTƏNİN YEKUNU – 11.10.2015
											842 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir? – VİDEO

Şeyx Saleh əl-Fovzanın (Allah onu qorusun) hədislərdə deyilən itaətin müasir rəhbərlərə aid olub-olmaması sualına aydınlıq gətirir. Sualı və Şeyxin cavabını sizə təqdim edirik. Daha ətraflı
Prezident (Allah onu qorusun): “Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır”

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşündə bildirib. Daha ətraflı
Türkiyədə törədilən terrorda 30 nəfər ölüb, 126 nəfər yaralanıb – VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu rəqəmləri Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb. Daha ətraflı
İlham Əliyev (Allah onu qüvvətləndirsin) Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iştirakçılarını qəbul edib – VİDEO

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçılarını qəbul edib. Daha ətraflı
İŞİD-i Xəzər dənizindən vurdular – VİDEO

Rusiyanın Xəzər dənizində üzən hərbi gəmilərindən buraxılan raketlərlə Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə zərbələr endirilib. Daha ətraflı
Şeyx İbn Useymin: İslam İnqilabı – VİDEO

“Sələf Xəbər” Şeyx İbn Useyminin (Allah rəhmət etsin) “İslam İnqilabı” haqqında suala verdiyi cavabı sizə təqdim edir. Daha ətraflı
“Ən mahir Qurani-Kərim hafizi” müsabiqəsi keçiriləcək

Yaxın günlərdə Moskva şəhərində 16-cı Moskva Beynəlxalq Quran oxumaq müsabiqəsi keçiriləcək.
“Sələf Xəbər”in rusdilli mənbələrə istinadən xəbərinə görə, müsabiqə oktyabrın 11-də Moskva şəhərində yerləşən Crocus City Hall-da təşkil olunacaq. Daha ətraflı
Almanlar məscidlərə nə üçün axın etdi

“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, Almaniyada yüzlərlə məscid həftə sonu qapılarını qeyri-müsəlmanlar üçün açıb. Gələn qonaqlar İslam dini haqqında maarifləndirilməklə yanaşı, onları maraqlandıran bir çox suallara cavab tapıb. Daha ətraflı
“İŞİD İraqda 70 nəfər sünni əsiri edam edib”

Sünni qəbilə üzvləri İraq təhlükəsizlik qüvvələri ilə birgə “İslam Dövləti”nə – İŞİD terror xəvaric qruplaşmasına qarşı vuruşur. Daha ətraflı
Misir prezidenti Səudiyyə Ərəbistanının Həcc xidmətlərini qiymətləndirib

Silahlı Qüvvələrin oktaybr hadisələrində qələbəsinin 42 illiyinə həsr edilmiş toplantıda çıxış edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, heç kəs Səudiyyənin Həcc təşkilatçılığından artığını təqdim edə bilməz. Daha ətraflı








































						
						
						
						
						
						
						


