Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 15.02.2015

Fevral 15
11:06 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Bəs, siz Ağdamda, Füzulidə nə edirsiniz?”


Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin): “Mənim Ermənistana mesajım budur: İşğala son qoyun!”
“Erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin”.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusundakı paneldə iştirak ediblər. Daha ətraflı

🌎

İŞİD edam məhkumlarına nə üçün narıncı geyindirir?


ABŞ konqresində bu ölkənin Kubada olan “Quantanamo” həbsxanası yenidən müzakirə mövzusu olub.
“Sələf Xəbər”in Milli.Az-a istinadən məlumatına görə, ölkə rəsmiləri çıxışlarında İŞİD terror xəvaric qruplaşmasının edam məhkumlarına təsadüfən narıncı kombinezon geyindirmədiklərini, “Quantanamo” həbsxanasının onlar üçün ilham mənbəyi olduğunu bildiriblər. Daha ətraflı

🌎

ABŞ-da müsəlman gənclər öldürülüb


ABŞ-ın Şimali Karolina ştatında 3 müsəlman gənc qaldıqları evdə öldürülüb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında yerləşən sakit bir məhəllədəki evlərdən birinə silahlı basqın olunub. Basqın zamanı 23 yaşındakı Dea Bərəkət, həyat yoldaşı Yusr Məhəmməd və Razan Məhəmməd öldürülüb. Daha ətraflı

🌎

Həcc ziyarətinə gedənlər üçün sənəd qəbulu başlayır


Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmanın vaxtı açıqlanıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start veriləcək. Daha ətraflı

🌎

Heyvan kəsmənin tibbi həqiqətləri kəşf edildi


Nə üçün kəsilməyən, boğulan və zərbədən ölən heyvanı yemək İslamda haramdır?
Ətindən istifadə etməmişdən öncə heyvanın başının kəsilməsini əmr edən İslamın bu hökmü bəzi İslamın düşmənləri tərəfindən paxıllıq olaraq və İslam qanunlarına şübhə yaratmaq niyyəti ilə qınanmaqdadır. Lakin düşünmürlər ki, Rəbbani əmrlərə heç bir batil qələbə çalmaz və naqislik gətirə bilməz. Daha ətraflı

🌎

Moskva müsəlmanları səyyar məscid yaradacaqlar – FOTO


Müsəlmanlar Moskvada mobil məscid yaratmaq üçün vəsait toplayırlar.Müsəlmanların təşəbbüs qrupu vəsaitləri yığmağa başlayıb. Layihənin reallaşdırılması üçün 1 milyon rubldan çox məbləğ lazımdır.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, məscid qoşqudan ibarət olacaq, içərisində dəstəmaz üçün ayrıca yer və namaz qılmaq üçün kiçik zal yaradılacaq. Daha ətraflı

🌎

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar Türkiyədə yaxalandılar


İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var. “Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən şəxslərin sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub. Daha ətraflı

🌎

İndoneziyada “Sevgililər günü” haram elan edildi


İndoneziya Milli Məclisi “Sevgililər günü” ilə bağlı qərar qəbul edib. “Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkədə “Sevgililər günü”nün keçirilməsinə qadağan qoyulub. Ailə və Uşaq Komitəsinin sədri Tutty Alawiyah Milli Məclisin qərarını dəstəklədiyini bildirib.
O, bu günün qərblilərin yaratdığını, nə İndoneziya mədəniyyətinə, nə də İslam dininə uyğun olduğunu bildirib, “Sevgililər günü”nü haram hesab edib. Daha ətraflı

🌎

Cümə namazını Ağ Evin qarşısında qıldılar – VİDEO


İbadətdə 200 mömin iştirak edib və öldürülən müsəlman gənclər üçün dualar oxunub. ABŞ-ın paytaxtı Vaşinqtonda prezidentin rəsmi iqamətgahı Ağ Evin qarşısında cümə namazı qılınıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Cümə namazının təşkilatçıları bu addımları ilə diqqəti bir neçə gün əvvəl ateist tərəfindən qətlə yetirilən 3 günahsız müsəlmanın ölümünə cəlb etməyə çalışıblar. Daha ətraflı

🌎

Suriyada döyüşməkdə şübhəli bilinən azərbaycanlı tutuldu


Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb. Daha ətraflı

🌎

Digər xəbərlər