Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 16.11.2014

Noyabr 16
09:51 2014

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Ali Baş Komandan İlham Əliyev (Allah onu qorusun) Ağdamda olub


“Sələf Xəbər” president.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev (Allah onu qorusun) Ağdam və Bərdə rayonlarına səfər edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəldi. Daha ətraflı

Allahşükür Paşazadə: İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz cihad adı ilə başqa ölkələrə yollanırlar


“İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”. Daha ətraflı

Şeyx Fövzan: Ölkə başçılarına qarşı təhrik edənlər xəvariclərdəndirlər – VİDEO


Sual verən deyir ki, Allah sizi xeyrə müvəffəq etsin. Ölkə başçılarına tənqid etdiyinə görə bir nəfərə nəsihət etdim. Lakin, bunun səbəbilə o, məni tərk etdi. Onu digər bir yerdə gördüyüm zaman ona salam verdim. O isə salamımı almadı. Bundan sonra mən də onu tərk etdim. Buna görə mən günah qazanırammı? Daha ətraflı

Şeyx Süleyman Ruheylinin ölkə başçısına münasibət məsələsində şübhələrə cavabı – VİDEO


Hörmətli şeyx, sual verən deyir ki, Allah sizdən razı olsun. Bəzi elm iddia edənlər deyirlər ki, ölkə başçısı müsəlman olsa da, belə qeyri-şəri (qanuni) başçı sayıla bilər. Biz Allahın nazil etdiyi ilə hökm verməyən və çoxlu günahları olan müsəlman başçını təkfir etmirik. Daha ətraflı

Pakistanlı keçmiş milli təhlükəsizlik işçisi “ABŞ Bağdadini yaxşı tanıyır” deyib


“Sələf Xəbər” www.ensonhaber.com saytına istinadən xəbər verir ki, Sovet işğalı dövründə müqavimət göstərən yerli qruplaşmalara təlim keçmiş pakistanlı milli təhlükəsizlik işçisi Hamid Qul, ABŞ-ın Bağdadinin keçmişindən xəbərdar olduğunu iddia edib. Daha ətraflı

Yəhudi alim: “Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım”


“Sələf Xəbər”-in bizimyol.info-ya istinadən məlumatına görə, dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib.

Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda “ərindən boşanan qadınlar 4 ay…başqa kişiyə toxunmamalıdır” ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin “xromosom izindən” təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. Daha ətraflı

Bir qrup terrorçu İŞİD-ə qoşuldu


“Sələf Xəbər” bugun.az saytına istinadən xəbər verir ki, daha bir terror qruplaşma İŞİD terror xəvaric qruplaşmasına dəstəyini bəyan edib.
Sina yarımadasında terror aktları həyata keçirən Misirin ən təhlükəli “Ənsar Beyt əl-Maqdis” terror qruplaşması bəyanat yayıb. Daha ətraflı

Braziliyali məşqçi Ümrə ziyarətində


“Sələf Xəbər” alanba.com.kw saytına istinadən xəbər verir ki, Braziliyalı məşqçi Jorvan Vieira Məkkə şəhərinə gedərək ümrə ziyarətini etmiş və kameralar da onu ehram paltarında çəkmişdir.
O, İslamı qəbul edərək İslamın qoyduğu vacibatlara əməl etməyə başlamışdır. Qeyd etmək yerinə düşərdi ki, Jorvan Küveyt yığmasının məşqçisidir. O, əvvəllər isə Misirin Zəməlik klubunun və uzun illər boyu digər klubların məşqçisi olmuşdur. Daha ətraflı

Dəstəmazın profilaktik və müalicəvi möcüzələri


“Sələf Xəbər” www.onislam.net saytına istinadən gün ərzində 5 dəfə dəstəmaz almağın təkcə bədənin həyati orqanlarını tozdan və çirkdən təmizləməklə bərabər, həmçinin onları “yumşaltdığını” və təravətləndirdiyini bildirir. Daha ətraflı

Psixoloji araşdırma: radikal fikirləri aradan götürmək mümkündürmü?


“Sələf Xəbər”-in aawsat.com saytına istinadən xəbərinə görə, ABŞ Mariland Universitetinin psixologiya müəllimi və Terror araşdırmaları üzrə milli mərkəzin tədqiqatçısı olan Are Kruqlanski bildirib ki, təsdiqlənilməsi çətin olsa da, psixoloji üsullardan istifadə edərək ən şiddətli radikal fikirləri belə kökündən çıxartmaq mümkündür. Daha ətraflı

Digər xəbərlər