Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 17.01.2016

Yanvar 17
11:55 2016

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Əmək pensiyalarının baza hissəsi artırıldı – sərəncam


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb. Daha ətraflı

🌎

Neft 28 dollara düşüb


Neftin qiyməti son 12 ildə ilk dəfə 29 dollardan aşağı düşüb.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, son 12 ilin ən aşağı səviyyəsinə enən neft qiymətləri yenə dünya fond birjalarını çaxnaşmaya salıb. Daha ətraflı

🌎

“Rusiya İstanbulda çirkli hiylələr hazırlayacaq”


“Rusiyanın artıq başqa çıxış yolu qalmayıb”.
“Rusiya Donetsk və Luqansk separatçı rejimləri ilə nə edəcəyini bilmir”. Daha ətraflı

🌎

Sultanəhməd terrorunun arxasından Suriya kəşfiyyatı çıxıb


İstanbulun Sultanəhməd meydanında 1-i terrorçu olmaqla 11 nəfərin ölümünə səbəb olan qanlı teraktla bağlı həbs edilənlərin sayı 7-yə çatıb. Daha ətraflı

🌎

Türkiyə İŞİD terror xəvaric qruplaşmasını darmadağın etdi


Türkiyənin Baş naziri Əhməd Davudoğlu İstanbulda 10 nəfərin ölümü ilə nəticələnmiş partlayışa cavab olaraq Türk qoşunlarının Suriya və İraqla sərhədə İŞİD terror xəvaric qruplaşması hədəflərinə endirilən artileriya zərbələri nəticəsində azı 200 terrorçunun öldürüldüyünü bəyan edib. Daha ətraflı

🌎

Gömrükdən bunları pulsuz keçirmək mümkündür


Prezident İlham Əliyevin 24 dekabr 2015-ci il tarixli Fərmanı ilə “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının birinci hissəsi ləğv olunduqdan sonra daha Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğindən) artıq olmayan, kommersiya məqsədləri üçün nəzərdə tutulan malları gətirə bilərlər. Daha ətraflı

🌎

Ərdoğan: “Rusiya İŞİD-lə savaşmır… özünə məkan hazırlayır”


“İran məzhəbçiliyi yaymaqla, bölgədə fitnə çıxarmaqla məşğuldur”.
“Rusiya hazırda Suriyanın şimalında butik Suriya dövləti qurmağa cəhd etməklə özünə məkan hazırlayır. Soydaşlarımızı, türkmən qardaşlarımızı bombalayır”.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Daha ətraflı

🌎

Ailəsinin 10 üzvünün öldürülməsi xəbərini alan suriyalı cərrahın reaksiyası – VİDEO


Cərrah xəbərə bu sözləri ilə reaksiya verir: “Bu gün Suriyada baş verənlər bir vəhşilikdir, tarix heç vaxt belə vəhşiliyi, belə cinayətkarı (Bəşər Əsədi nəzərdə tutur. Tərc.) görməmişdir… İndi mənə xəbər gəldi ki, Ğota əş-Şərqiyyədə bombardıman nəticəsində ailəmin ondan çox üzvü həlak olmuşdur. Allahdan onlar üçün bağışlanma diləyirəm. Hamımız Allahınıq, son dönüşümüz də Onadır.” Daha ətraflı

🌎

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”


“Bu, hamıya, bütün qurumlara dərs olmalıdır”.
“İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bunu Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) deyib. Daha ətraflı

🌎

Pakistan generalı: “İran Səudiyyə Ərəbistanına qarşı səhv buraxarsa, məhv ediləcək”


Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaradacaq istənilən təhdidə qarşı dərhal reaksiya verəcək. Daha ətraflı

🌎

Digər xəbərlər