Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 18.01.2015

Yanvar 18
10:32 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qorusun) neft məhsullarının qiyməti ilə bağlı qərarı ləğv edib


Azərbaycan Prezidenti (Allah onu qorusun) Tarif Şurasının benzin və dizel yanacağının qiymətinin qaldırılması ilə bağlı qərarını ləğv edib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. Daha ətraflı

🌎

Fransa hadisələri barədə Qamət Süleymanovla EKSKLÜZİV MÜSAHİBƏ – VİDEO


“Sələf Xəbər” redaksiyası “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanovun Fransa hadisələri barədə eksklüziv müsahibəsini təqdim edir. Daha ətraflı

🌎

Şeyx Fövzanın karikaturaçıların öldürülməsi ilə bağlı fikri – VİDEO


Allah-Təala yer üzünü zülmətdən nura çıxartmaq üçün ən gözəl əxlaq sahibi olan bir Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) və onun peyğəmbərliyini təsdiqləyən, bütün aləmi Qiyamətə qədər öz tükənməz möcüzələri ilə heyrətə gətirən Qurani-Kərimi göndərmişdir. Daha ətraflı

🌎

Dünya KİV-ləri Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən şəkildən imtina edib


Dünya KİV-ləri Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən şəkildən imtina edib.
“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, müsəlmanların hisslərinə toxunmamaq üçün Amerikanın çoxsaylı Kütləvi İnformasiya Vasitələri Fransanın “Charlie Nebdo” və digər qəzetlərində dərc olunan karikaturanı nəşr etməkdən imtina edib. Daha ətraflı

🌎

Terror psixologiyası: faktlar və əfsanələr


“Sələf Xəbər” Pensilvaniya Universiteti Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinə istinadən 2013-cü ilin aprelində Bostonda baş vermiş terror aktından bir neçə gün sonra Terrorçuluğun Araşdırılması Beynəlxalq Mərkəzinin terrorçuluğun psixologiyasına dair qələmə aldığı məqaləni təqdim edir:

Bostonda baş vermiş terror aktının ətrafında cərəyan edən hadisələrin üstünün açılması ilə terrora görə cavabdeh olan şəxslərin üzə çıxarılması və ya terror aktının baş vermə səbəbləri haqqında fərziyyələr irəli sürmək üçün həm tezdir, həm də bu yersizdir. Ən əsas suala cavab vermək üçün hələ çox faktlar üzə çıxmalıdır – hadisəyə görə kim cavabdeh idi və niyə? Daha ətraflı

🌎

“Qara qutu”dakı səs qeydləri pilotların təkbiriylə bitir – VİDEO


AirAsia təyyarəsinin pilotlarına aid olduğu iddia edilən səs qeydləri onların təkbir demələriylə bitir.

Ötən gün İndoneziyanın Yava dənizinə düşən AirAsia təyyarəsinə aid “qara qutu”nun çıxarılması barəsində xəbər vermişdik. Eyni zamanda, uçuş məlumat qeydləri (FDR) əldə edilmişdi. Bu gün isə digər hissəsi olan səs qeydedicisi (CVR) dənizdən çıxarıldı. Daha ətraflı

🌎

Lentə alınmış ən qədim Quran qiraəti – VİDEO


“Sələf Xəbər” alanba.com-a istinadən bildirir ki, 130 il bundan əvvəl yer üzünün lentə alınmış ən qədim Quran qiraəti Məkkə şəhərində qeydə alınıb.
Belə ki, 1885-ci ildə xristian bir toplum Məkkədə olarkən bu Quran qiraətini ən ilk icad olunan cihazla lentə almışdır.
Dinləyəcəyiniz surə Qurani-Kərimin “əd-Duhə” surəsidir. CNN kanalının təqdim etdiyi bu videonu biz də sizə təqdim edirik: Daha ətraflı

🌎

Fransızlar bu müsəlmana mükafat verilməsini tələb edir


Fransada Lassana Batili adlı malili müsəlman gənc üçün kampaniya başlanılıb.
“Sələf Xəbər”Axar.az-a istinadən xəbər verir ki, Batiliyə ölkənin ən nüfuzlu ordeni – “Fəxri legion” verilməsi üçün başlanan imza kampaniyasına bu günə qədər artıq 270 min adam imza atıb.
Batiliyə Prezident Fransua Olland da zəng edərək cəsarətindən dolayı onu təbrik etmişdir. Daha ətraflı

🌎

İlk dəfə qar görən panda – VİDEO


Vaşinqtondakı heyvanat bağçasında Smithsonion Biologiyası Qoruma İnstitutunun qoruma altında tutduğu Bao Bao adlı panda, ilk dəfə gördüyü qarda uşaqlar kimi oynayıb.
Qarda oynayan pandanın kameralara əks olunan hərəkətləri rəngli görüntülərin ortaya çıxmasına səbəb olub.
“Sələf Xəbər” t24.com.tr-yə istinadən həmin görüntüləri təqdim edir: Daha ətraflı

🌎

Ərdoğan “Onlar ateist ola bilərlər, ancaq…”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiya heyəti güllələnən Fransanın satirik jurnalı “Charlie Hebdo”nu sərt tənqid atəşinə tutub.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Ankarada iş adamları ilə görüşdə Türkiyə lideri dərgini nifrəti qızışdırmaqda və irqçilikdə ittiham edib. Daha ətraflı

🌎

Digər xəbərlər