HƏFTƏNİN YEKUNU – 19.04.2015
859 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İlham Əliyev (Allah onu qorusun): “İslamın maarif işığını görənlər onu hamıya göstərməyi bacarmalıdır”
“Sizi – “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir”. Daha ətraflı
Şeyx Saleh əl-Şeyxin hər müsəlmana bilməsi vacib olan mükəmməl tövsiyəsi – VİDEO
“Sələf Xəbər” redaksiyası sizə Səudiyyə Ərəbistanı Krallığının Din işlər naziri Şeyx Saleh əl-Şeyxin hər müsəlmana bilməsi vacib olan mükəmməl tövsiyəsini təqdim edir: Daha ətraflı
Dəbdəbəli qəbirlər sökülüb sadə üsulla düzəldildi
Qohumlarının bahalı qəbirlərini sökdürdü.
Dəbdəbəli, bahalı, qara mərmərdən hazırlanmış qəbirlər artıq kənddə ənənə halını alıb. Şamaxıda bir şəxsin təşəbbüsü nəinki bu kəndə, hətta qonşu kəndlərə də nümunə olub. O, dədə-babasının bahalı qəbirlərini sökdürərək sadə düzəltdirib. Daha ətraflı
Şeyxülislam: “Müsəlman dünyası təxribatlarla üz-üzə qalıb”
“Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya vasitələri durmalıdır”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda keçirilən “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib. Daha ətraflı
Tacikistanda Həcc ziyarətinə yaş məhdudiyyəti. Səbəbi?
Tacikistanda gənclərə Həcc ziyarəti qadağan olunub.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, Tacikistan hökuməti yanında Dini işlər üzrə Komitə bildirib ki, bundan sonra müsəlman taciklər Həcc ziyarətinə ancaq 35 yaşdan sonra gedə biləcəklər.
“Bizim bu qərarımızın məqsədi yaşlı insanlara ziyarət imkanı və onların çoxdankı arzularını reallaşdırmalarına şərait yaratmaqdır”, – deyə qurumun açıqlamasında bildirilir. Daha ətraflı
Suriyada döyüşən şəxs: “Orada İslama aid heç nə görmədim”
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyib.
İttiham olunanlardan Hüseyn Məmmədov ifadə verib. O, ifadəsində Suriyada cəmi 2 gün qaldığını deyib: “Mən ora tədris almaq üçün getmişdim. Özü də mənim olduğum ərazidə heç bir silahlı insident yaşanmayıb. Həmin ərazi Türkiyənin nəzarəti altında idi. Orada qaldığım müddətdə İslama aid heç nə görmədim. Ümumiyyətlə, oradakıların dinə heç bir aidiyyəti yoxdur. Mən Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmişəm. Döyüşməyə qalsaydı, elə gedib Qarabağda döyüşərdim. Yenə deyirəm, mən yalnız və yalnız tədris, elm üçün Suriyaya getmişəm. İbtidai istintaqa verdiyim ifadələrimi qəbul etməmişəm. Təsir altında olmuşam”. Daha ətraflı
Əbu-Dabidə “ağıllı” fasadlı 2 göydələn tikilib – FOTO-VİDEO
Beynəlxalq arxitektura kompaniyası “Aedas”ın mütəxəssisləri Birləşmiş Ərəb Əmirliyində “Al Bahar Towers” adlandırılan 2 göydələnin layihəsini həyata keçiriblər. Tikinti işləri 2012-ci ildə başa çatıb.
Əbu–Dabi şəhərinin İnvestisiya Şurası üçün nəzərdə tutulmuş göydələnlər “ağıllı” fasadları ilə seçilir.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, innovativ, kompyuterlə idarə olunan dinamik fasad günəşin hərəkətindən asılı olaraq açıla və ya bağlana bilir. Daha ətraflı
İŞİD üç qəbilə başçısını edam edib
İŞİD terror xəvaric qruplaşması İraqın şimalında amansız edamlar həyata keçirib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaçması silahlıları Mosulda üç iraqlı qəbilə başçısını edam edib.
Şahidlər bildirir ki, qəbilə başçıları İŞİD terror xəvaric qruplaşmasının şəhərdə hakimiyyətini tanımadıqları üçün öldürülüblər. Daha ətraflı
Əfqanıstanda terror aktı törədilib
Əfqanıstanın şərqindəki Cəlalabadda baş verən partlayış zamanı 33 nəfər ölüb, 100 nəfər yaralanıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, terror aktı səhər vaxtı dövlət işçilərinin maaş aldığı bankın yanında baş verib.
Ölən və yaralananların sayı dəqiqləşdirilir. Daha ətraflı
ABŞ dövlət departamenti “soyqırım” sözünü işlətməyib
“ABŞ prezidenti və adminstrasiyanın digər yüksək vəzifəli nümayəndələri qeyd edilən hadisələri tarixi fakt kimi adlandırıblar. Qeyd olunub ki, 1915-1918-ci illərdə Osmanlı imperiyasında 1,5 miliyon insan həyatını itirib, 800 min insan qaçqın düşüb”, – deyə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib. Daha ətraflı