Əbu-Dabidə “ağıllı” fasadlı 2 göydələn tikilib – FOTO-VİDEO
Aprel 14
17:53
2015
1. 187 dəfə baxılıb
Beynəlxalq arxitektura kompaniyası “Aedas”ın mütəxəssisləri Birləşmiş Ərəb Əmirliyində “Al Bahar Towers” adlandırılan 2 göydələnin layihəsini həyata keçiriblər. Tikinti işləri 2012-ci ildə başa çatıb.
Əbu–Dabi şəhərinin İnvestisiya Şurası üçün nəzərdə tutulmuş göydələnlər “ağıllı” fasadları ilə seçilir.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, innovativ, kompyuterlə idarə olunan dinamik fasad günəşin hərəkətindən asılı olaraq açıla və ya bağlana bilir.
Binanın bu xüsusiyyəti yandırıcı günəş şüalarının içəriyə daxil olmasının 50 faizədək qarşısını alır ki, bu da otaqlardakı havanın kondisionerlə normal tənzimlənməsinə şərait yaradır.
Hündürlüyü 145 metr olan göydələnlərdə, təqribən minədək insan çalışır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İnsanlar hündür binalar tikməkdə rəqabət aparmayınca Qiyamət qopmaz”. (“Səhih əl-Ədəb əl-müfrəd”, 449)