HƏFTƏNİN YEKUNU – 22.02.2015
813 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İŞİD 21 misirlini edam edib! – VİDEO
İŞİD terror xəvaric qruplaşması Liviyada saxladığı 21 misirlini öldürüb.
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşması 21 misirlini öldürdüyü iddiasıyla yeni bir video material yayınlayıb.
Videoda, əvvəlkilərdə olduğu kimi qaçırılan 21 nəfərin narıncı paltarlar geymiş olduğu görünür. Daha ətraflı
ABŞ-da qətlə yetirilmış gəncin atası belə dedi…
“Sələf Xəbər” “əl-Cəzira” kanalına istinadən xəbər verir ki, Şimali Amerikanın Karolina vilayətinin Chapel Hill şəhərində baş verən vəhşi cinayətin qurbanlarından biri olan Ziya Bərəkətin atası Nəmi Bərəkətin dediyinə görə, bu hadisə şəkk yoxdur ki, ərəb müsəlmanlarına qarşı olan cinayətdir. Daha ətraflı
Özünü “Peyğəmbər” elan edən həbs olunub
Tacikistanda özünü “Peyğəmbər” elan edərək azyaşlı qızları özünə arvad edən şəxs tutulub.
“Sələf Xəbər”in Publika.az-a istinadən məlumatına görə, Şeyx Temur adlı şəxs dələduzluqda itiham olunur. Onun barəsində həbs-qəti imkan tədbiri seçilməsə də, istintaq müddətində ev dustağı olacaq. Daha ətraflı
İŞİD məşhur cəlladını edam edib
İŞİD terror xəvaric qruplaşmasının ən məşhur cəlladı kimi tanınan liviyalı Xalid Şərif dünən başı kəsilərək edam edilib.
“Sələf Xəbər” Axar.az istinadən xəbər verir ki, Xalid Şərif xəyanətə görə öldürülüb. Daha ətraflı
İlahi möcüzə! Nə üçün arı pətəyi altıbucaq şəklindədir?
Qəribə olanı da budur ki, mühəndis arı bu ağıllı xüsusiyyətlərini hardansa öyrənməklə və heç bir yerdə oxumaqla deyil, yaradılışından etibarən bilir. Daha ətraflı
“Düşməni məğlub etməzdən əvvəl, onu müəyyən etməliyik”
“Sələf Xəbər” www.telegraph.co.uk saytına istinadən Bəhreyn şahzadəsi Salman bin Həməd əl-Xəlifənin ekstremist ideologiyalarla mübarizəyə dair məqaləsini təqdim edir. Daha ətraflı
“Feysbuk” Azərbaycanın etirazına cavab verdi
Qondarma Dağlıq Qarabağ Respublikasının bir müddət əvvəl rəsmən təsdiq olunan “Feysbuk” səhifəsi ilə bağlı şirkət tərəfindən yeni addım atılıb. Daha ətraflı
İŞİD Əl Bağdadidə 45 nəfəri diri-diri yandırıb
İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Əl Bağdadi şəhərində 45 nəfəri diri-diri yandırıb.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəisi polkovnik Qasım Obeydi bildirib. Daha ətraflı
Ağır cinayətlər törədən radikal dəstə zərərsizləşdirilib
Azərbaycan ərazisində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Daha ətraflı
Əbu-Dabidə güclü yanğın baş verib – VİDEO
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə güclü yanğın baş verib. “Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daha ətraflı