HƏFTƏNİN YEKUNU – 26.07.2015
907 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
Sələfilərin Tunisdə baş vermiş terror hadisəsinə münasibəti – VİDEO
“Sələf Xəbər” Şeyx Süleyman ər-Ruheylinin Tunisdə baş vermiş terror hadisəsinə sələfilərin münasibətini təqdim edir. Daha ətraflı
Müsəlmanlar Ramazan bayramını necə keçirdirlər – FOTO
“Sələf Xəbər” İslam-today.ru-ya istinadən dünya müsəlmanlarının Ramazan bayramını keçirmələrini əks etdirən fotoları təqdim edir Daha ətraflı
Türkiyədə dəhşətli terror aktı – VİDEO
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir. Daha ətraflı
Başına 7 milyon dollar mükafat qoyulan “Əl Qaidə” lideri öldürülüb
Pentaqon “Əl Qaidə” terror təşkilatının Xorasan qrupu lideri əl-Fadlinin ABŞ hava qüvvələrinin hava hücumu zamanı öldürüldüyünü bildirib. Daha ətraflı
Türk hərbi təyyarələrinin İŞİD-i anbaan bombalaması – VİDEO
Türkiyə Silahlı Qüvvələrinə bağlı döyüş təyyarələrinin Kilis və Qazianteplə sərhəd olan Suriya ərazilərinə təşkil etdiyi bombardımanın görüntüləri yayılıb. Daha ətraflı
Ümrə ziyarətinə gedənlərin sayı açıqlandı
12 milyondan çox müsəlman zəvvar ölkə daxilindən və xaricindən ötən ilin noyabr ayından başlayan Ümrə mövsümü zamanı Məscid əl-Həramı ziyarət edib. Daha ətraflı
Britaniyada Quranın qədim nümunələri aşkarlanıb
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, əlyazmalardan ibarət olan bu nümunələrin 1370 il yaşı olduğu bildirilir. Daha ətraflı
İstanbulda İŞİD terrorçusu azərbaycanlı çıxıb
“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, “Əbu Hanzala” kod adlı Halis Bayuncuk əslən azərbaycanlıdır və 16 ildə onun adı müxtəlif terror təşkilatları, o cümlədən “Əl Qaidə”nin İstanbuldakı idarəçisi kimi hallanıb. Ramazan bayramında qılınan namazda İŞİD xəvaric terror qruplaşmasını təbliğ edən Halis cihada çağırışı ilə Türkiyəni də təhdid etmişdi. Daha ətraflı
İmam Nəsai (Allah ona rəhmət etsin) və onun “Sünən” əsəri ilə tanışlıq
“Sələf Xəbər” İmam Tirmizi və onun “Sünən (əl-Cəmi)” əsəri haqqında məqaləni təqdim edir. Daha ətraflı
Dubayda “ağıllı palma” “yetişdirilir” – FOTO
“Sələf Xəbər” İslam-today.ru-ya istinadən xəbər verir ki, Smart Palm şirkəti Dubay çimərliklərində “günəş palma”ları tikməyə başlayıb. Belə palmalardan bütün əmirlik ərazisində daha 103 ədəd tikilməsi planlaşdırılır. Bu qeyri-adi palmanın hündürlüyü 6 metr, sahəsi isə günəş panelləri ilə birlikdə 18 kvadrat metr təşkil edir. Daha ətraflı