Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 30.08.2015

Avqust 30
11:13 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

Terrorçuların hədislərdə vəsfi – II Məqalə


İbn Ömər (Allah ondan razı olsun) adlı səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mömin kimsə haram qan axıdana qədər öz di­ni­ni rahat yaşa bilər». Daha sonra İbn Ömər deyir: «İnsanın özünü dolaş­dır­dı­ğı çıxışı olmayan tələ, icazə olmadan haram qan axıtmaqdır» Buxari rəvayət etmiş­dir. Daha ətraflı

🌎

Peyğəmbər Məscidi: 100 il əvvəl və sonra – VİDEO – FOTO


Peyğəmbər Məscidi və ya “Məscidi ən-Nəbəvi” dünyanın ən böyük məscidlərindən biri olub Məkkədə yerləşən “Məscidul-Həramdan” sonra ikinci müqəddəs məscid hesab edilir.

Peyğəmbər Məscidi ilk inşasında sadə tikili idi. Xurma kötüklərindən sütunları, xurma budaqlarından çardağı, daşlardan divaları vardı. Tam yanındakı ev hissəsi də (bugün qəbirdir) kərpicdən idi. Minbəri, mehrabı yox idi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Cümə xütbələrini minbər olmadığı üçün bir ağac kötüyünün üstündən oxuyurdu. Daha ətraflı

🌎

İndoneziyada 700 illik Qurani-Kərim tapılıb


İndoneziyanın Aceh əyalətində Nagan Raya İslam əlyazmalarının sərgisi zamanı ən qədim Qurani-Kərimin nüsxəsi nümayiş olunub. Daha ətraflı

🌎

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Azərbaycandadır


“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycanın rəsmi şəxsləri, eləcə də səfirliyin əməkdaşları qarşılayıb. Daha ətraflı

🌎

“Müsəlman qardaşları”nın liderinə hökm oxundu


Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının lideri Məhəmməd Badianı və daha 16 nəfəri beş nəfərin qətlində şübhəli bilərək ömürlük həbs cəzasına məhkum edib. Daha ətraflı

🌎

Bu il həccə 1.5 milyon zəvvar gedəcək


Bu il həcc mərasiminə ümumilikdə 1 milyon 500 mindən çox zəvvar qatılacaq. Yerli zəvvarların sayı isə 185 minə çatacaq. Daha ətraflı

🌎

Ərəb general öldürülüb


Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 18 briqadasının komandiri, general-mayor Əbdürrəhman Səid əş-Şahrani öldürülüb. Daha ətraflı

🌎

Azərbaycanda insan ayağı dəyməyən yerdə 7 şəlalə tapıldı – VİDEO


Araşdırmaçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb. Kənd ağsaqqalları burada bir şəlalənin olduğunu eşitdiklərini desələr də araşdırmaçı ucqar dağ kəndində 100 metrlik məsafədə 7 şəlalə görüb. Daha ətraflı

🌎

Müsəlman ölkələri vahid ordu yaradır


Ərəb ölkələri Liqasına üzv olan dövlətlərin XİN rəhbərləri və Müdafiə nazirləri avqustun 27-də Qahirədə keçiriləcək xüsusi iclasda vahid ərəb silahlı qüvvələrinin yaradılmasına dair protokol imzalayacaqlar. Daha ətraflı

🌎

Sel suları 1500 minanı üzə çıxardı – VİDEO


Yəmənin Hudeydə və Əbyən adlı yaşayış yerlərinə yağmış güclü yağış nəticəsində Husi qiyamçıları və devrilmiş prezident Abdulla Saleh tərəfdarları tərəfindən basdırılmış 1500 mina üzə çıxıb. Daha ətraflı

🌎

Digər xəbərlər