Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

“100 dollar 180 manat olacaq” – Proqnoz

İyun 23
15:20 2016

“100 dollar 180 manat səviyyəsinə qalxacaq. Hazırda bu real görünür”.

Selefxeber.az-ın məlumatına görə bunu AzVision.az–a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Son günlər dolların bahalaşmasına münasibət bildirən iqtisadçı deputat vurğulayıb ki, manat gec-tez real bazar dəyərini almalıdır.

Onun sözlərinə görə, manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil:“İxracda müəyyən qədər artım olsa da, bu kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumuşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimi bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.

Millət vəkili hesab edir ki, 100 dollar 170-180 manat səviyyəsinə qədər qalxacaq. V.Əhmədovun fikrincə, yumuşaq devalvasiyaya getmək məqsədəuyğundur.

Qeyd edək ki, son günlər Azərbaycanda dolların bahalaşması müşahidə edilir. İyunun 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.

Sələf Xəbər: Uca Allah buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)
Allah-Təala, həmçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 668 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN