Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

2015-ci ildə ən çox neft çıxaran ölkələr

Mart 16
17:05 2016

2015-ci ildə ən çox neft ABŞ-da hasil olunub.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, ötən il bu ölkədə gündəlik 13,7 milyon barrel neft çıxarılıb.

Neft hasilatının həcminə görə ikinci yerdə gündəlik 11,9 milyon barrellə Səudiyyə Ərəbistanı dayanıb.

Üçüncü yeri gündəlik 11 milyon barrel hasilatla Rusiya tutub.

İlk onluqdakı digər ölkələr siyahıda belə sıralanıb:

Çin – gündə 4,6 milyon barrel

Kanada – 4,4 milyon barrel

İraq – 4 milyon barrel

BƏƏ – 3,5 milyon barrel

İran – 3,4 milyon barrel

Meksika – 2,7 milyon barrel

Küveyt – 2,7 milyon barrel.

Bu rəqəmlər xam neft və maye qaz kondensatını ehtiva edir.

Transparency.az bildirir ki, ötən il Azərbaycanda 41 milyon 586 min ton neft hasil olunub. Bu, gündə, təqribən 843 min barrel deməkdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Uca Allah, həmçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 642 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN