2016-cı ildə manatı nə gözləyir? – VİDEO
1. 064 dəfə baxılıb
Bahalı məhsulların Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq.
Azərbaycanın valyuta balansında olan situasiya olduqca gərgin idi. Digər tərəfdən, biz bir sıra mühüm layihələr həyata keçiririk. Belə olan şəraitdə valyuta balansının gərginliyi belə bir addımın atılmasını şərtləndirən məsələdir.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov bildirib.
“Biz hesab edirik ki, atılan addım bütövlükdə idxalın əhəmiyyətli azalmasına gətirib çıxarmalıdır. İqtisadiyyatda ixracın çoxalması və idxalın əvəzlənməsi prosesi güclənməlidir.
Düşünürəm ki, manatın yeni qiyməti, onun dinamikası bütövlükdə valyuta bazarında olan gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq. Kritik idxal qalmaqla, biz idxalı kəskin azaltmalıyıq”, – deyə, E. Rüstəmov bildirib.
Mərkəzi Bank rəhbəri, həmçinin dəbdəbəli məhsulların ölkəyə idxalı ilə bağlı danışıb:
“O cümlədən fikirlərimizdən biri budur ki, Azərbaycan dəbdəbə, lüks malların ölkəyə idxalına qarşı rüsum siyasəti tətbiq etməlidir. Bir çox ölkələrdə bu var, məsələn qonşu Türkiyədə. Biz bunu etməliyik, bazarlarımızı qorumalıyıq.
Bu cür idxalı məhdudlaşdırmaqla məşğul olmalıyıq. İqtisadi metodlarla. Kimsə gətirmək istəsə, böyük rüsumlar ödəməlidir və o rüsumlar da dövlət büdcəsinə getməlidir. Bizim bu sahədə əhəmiyyətli imkanlarımız var. Əlavə olaraq, ixracın stimullaşdırılması istiqamətində addımlar atılmalıdır. Bu istiqamətdə düşünürük. İxracatçılar üçün ucuz kreditlərin verilməsi, digər güzəştlərin müəyyənləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi kompleks tədbirlər və proqramlar üzərində işləyir.
Bütövlükdə atılan bu addımlar, o cümlədən məzənnə siyasəti, ixracın stimullaşdırılması, idxalın məhdudlaşdırılması həm makroiqtisadi baxımdan Azərbaycanın xarici balansını stabilləşdirilməsi, digər tərəfdən milli ixracatçılar üçün əlavə stimul yaradacaq”, – deyə, E. Rüstəmov bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)