3 minə yaxın vətəndaş dövlət hesabına peşə hazırlığı keçib
1. 487 dəfə baxılıb
“Sələf Xəbər” Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytına istinadən xəbər verir ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil olunur.
Cari ilin yanvar-sentyabr aylarında DMX orqanları tərəfindən Bakıda, həmçinin respublikanın rayon və şəhərlərində dərzi, kompüter istifadəçisi, proqramist-dizayner, bərbər, qaynaqçı, tikişçi, qənnadıçı və s. peşələr üzrə 168 peşə hazırlığı kursu təşkil edilib.
Onlardan 11-i modul, qalanları ənənəvi təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb. Kurslara ümumilikdə 2982 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub.