Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

51 100 nəfərə Prezident təqaüdləri təyin olunub

Oktyabr 17
10:36 2014

“Sələf Xəbər”Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) müvafiq Fərman və Sərəncamlarına əsasən, Nazirlik tərəfindən 2014-cü ilin 01 oktyabr tarixinə 51 100 nəfərə Prezident təqaüdü təyin olunub.

Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği artırılıb. Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 01 aprel 2014-cü il tarixdən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb.

BVM iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə cari il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, 17 mart 2014-cü il tarixli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 01 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə).

“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 642 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN