7 rayonda əmək yarmarkaları keçiriləcək
782 dəfə baxılıb
“Sələf Xəbər” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi səhifəsinə istinadən yazır ki, respublikanın regionlarında işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkalarını davam edir.
ƏƏSMN növbəti əmək yarmarkalarını sentyabrın 10-da Zaqatala və Bərdə, sentyabrın 11-də Balakən, sentyabrın 12-də isə Ağdam, Lerik, Biləsuvar və Abşeron rayonlarında keçirəcək. Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara, habelə kvota üzrə iş yerləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə təqdim olunacaq. Aktiv məşğulluq tədbirlərində peşə hazırlığı və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən vətəndaşlar qeydə alınacaq.