Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

ABŞ-ın dolların bahalaşması barədə qərarı manata təsir edəcəkmi?

Dekabr 17
17:12 2015

ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib.

“Sələf Xəbər”in məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, FRS-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır:

“Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FRS qərarının bu tipli təsiri yoxdur, sadəcə məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FRS-nin qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə, təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FRS-nin qərarının manata birbaşa təsiri yoxdur”.

İqtisadçı ekspert Vüqar Bayramov da FRS qərarının Azərbaycan manatına ciddi təsir etməyəcəyi qənaətindədir. V.Bayramov Trend-ə bildirib ki, FRS-nin qərarı heç də manatın kəskin itirəcəyi ilə bağlı əsas yaratmır:

“Psixoloji təzyiqin artacağı gözlənilir, çünki FRS-nin hansı qərar qəbul edəcəyi uzun müddət idi ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu. Hətta manatın məzənnəsini FRS-nin qərarı ilə əlaqələndirməyə çalışırdılar ki, bu da cəmiyyətdə manatla bağlı müəyyən psixoloji fikrin formalaşmasına gətirib çıxarmışdı. Bu baxımdan manata psixoloji təzyiq artacaq, amma iqtisadi baxımdan FRS-nin qərarı manata ciddi təsir etmir. Çünki Azərbaycanda valyuta bazarı inzibati yolla tənzimlənir. Azərbaycanda FRS-nin siyasəti tətbiq edilmir. Bu baxımdan manatın növbəti dövrlərdəki məzənnəsi Azərbaycan Mərkəzi Bankının qərarından və onun həyata keçirdiyi alətlərdən asılı olacaq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (Qurani-Kərim, “ Talaq” surəsi, 2,3-cü ayə)

“Allah-Təala təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Yaradan ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 510 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN