AÇG və “Şahdəniz” layihələrindən 1,5 mlrd. dollar qazanılıb
745 dəfə baxılıb
Azərbaycan indiyədək bu layihələrdən ümumilikdə, təxminən 121 mlrd. dollar əldə edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,538 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.
“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, Fonddan verilən məlumata görə, bu məbləğin 1,493 mlrd. dolları AÇG-dən mənfəət nefti, 45 mln. dolları isə “Şahdəniz” yatağından mənfəət qazının satışından əldə olunub.
Qeyd edək ki, 2001-ci ildən 2016-cı il mayın 1-dək ARDNF-ə AÇG-dən 118,502 mlrd. dollar, 2007-ci ildən “Şahdəniz” yatağından isə 2,488 mlrd. dollar vəsait daxil olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)