Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Almaniyada ilk İslam bankı açılıb

İyul 07
16:05 2015

“Sələf Xəbər” İslam-today.ru-ya istinadən bildirir ki, Almaniyada bir sıra xidmətləri ilə şəriət tələblərinə cavab verən ilk İslam bankı açılıb.

Türkiyənin ən böyük İslam bankı Küveyt Türk Bankına aid olan yeni KT Bank Almaniyanın Frankfurt şəhərində yerləşir. Onu da qeyd edək ki, Mannheim və Berlin şəhərində filialları açılan KT Bankın gələcəkdə Köln, Hamburg və Münhen şəhərlərində də şöbələrinin açılması nəzərdə tutulur.

Xatırladaq ki, Almaniyada əsasən türk əsilli olan 4,5 milyon müsəlman yaşayır. Küveyt Türk Bankın rəhbəri Kamal Ozanın sözlərinə görə, ölkə daxilində aparılan sosial sorğu nəticəsində məlum olub ki, ölkədəki müsəlmanların 21 faizi İslam bankçılığının xidmətlərindən istifadə etmək arzusundadırlar.

Bankın idarə heyəti də öz növbəsində xidmətlərini bütün alman bazarına istiqamətləndirmək niyyətində olduğunu bildirib.

Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankinqi və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün İslami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 680 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN