Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Almaniya Azərbaycanın 4-cü ticarət tərəfdaşıdır

Sentyabr 03
16:39 2014

“Sələf Xəbər” İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını vurğulayıb: “Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələr uğurla davam edir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahədə 67 sənəd imzalanmışdır. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir.”

Ş. Mustafayev qeyd edib ki, 2002-2013-cü illərdə Almaniya tərəfindən əsas kapitala 500 mln. ABŞ dollarına yaxın investisiya yatırılmışdır. 2013-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 25%, bu ilin yanvar-iyul aylarında isə 15% artıb. Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir.

“Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib.

Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən ölkəmizin biznes və investisiya imkanlarına, “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən isə sənaye parkına dair təqdimatlar keçirilib.

DAF-ın fəaliyyəti barədə məlumat verən E. Şlayer təmsil etdiyi qurumun Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini vurğulayıb.

Görüşdə iştirak edən alman iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətləri barədə məlumat verib.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 623 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN